Yuxarı

Sürücülərə şad xəbər - Qanun

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərə şad xəbər - Qanun

Sürücü avtomobildədirsə, həmin avtomobili sürücülük hüququ olan istənilən şəxs etibarnaməsiz idarə edə bilər.

Axar.az xəbər verir ki, yeni İnzibati Xətalar Məcəlləsi etibarnamə üzrə nəqliyyat vasitəsinin idarə edilməsi zamanı təcrübədə yaranan mübahisəyə birdəfəlik son qoyacaq.

Hazırda qüvvədə olan Məcəllə nəqliyyat vasitəsini etibarnamə olmadan yalnız onun sahibi avtomobildə olduqda idarə edilməsinə icazə verir. "Sahib" ifadəsi isə yalnız mülkiyyətçini və sərəncam hüququnu ehtiva edən etibarnaməsi (baş etibarnaməsi) olan şəxsi nəzərdə tutur. Ona görə də sürmək üçün etibarnaməsi olan şəxsin özü avtomobildə olsa da, digər şəxsin avtomobili idarə etməsi qanunsuz sayılır və buna görə cərimə tətbiq olunur.

Avtosfer.az-ın məlumatına görə, yeni Məcəllə bütün bu mübahisələrə son qoyaraq, birbaşa təsbit edir ki, əgər nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə müqaviləsi əsasında onu idarə etmək hüququ olan şəxs avtomobildədirsə, həmin avtomobili sürücülük hüququ olan istənilən şəxs etibarnaməsiz idarə edə bilər. Başqa sözlə, etibarnamə yalnız sürmək üçün verilmiş olsa belə, etibarnaməsi olan şəxs avtomobildədirsə, onu digər şəxs hər hansı problemsiz idarə edə bilər. Bu yenilik daha çox "ayıq sürücü" xidmətindən istifadə edənlərin işini asanlaşdırmış olacaq.

Yeni Məcəllənin bu ilin may ayın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Tarix
2016.02.04 / 13:50
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla