Yuxarı

Qərblə Şərq arasındakı kibersavaş bitir

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərblə Şərq arasındakı kibersavaş bitir

Rusiya BMT-nin himayəsi altında elektron hücum etməmə haqqında pakt imzalayacaq.

Axar.az xəbər verir ki, jurnalistlərə açıqlamasında Rusiya Baş Qərargahının 8-ci idarəsinin rəisi Yuri Kuznetsov söyləyib. Onun sözlərinə görə, bu pakta əsasən, hər kəs dinc şəraitdə mühüm informasiya resurslarına edilən virtual hücumları dayandırmalıdır:

"Cəmiyyətlərin qlobal informasiyalaşdırılması imkan verir ki, informasiya texnologiyalarından dövlətlərdə sosial şəraitin destablizasiyasını həyata keçirmək üçün istifadə edəsən. Aparıcı ölkələr bu sahədə hüquqi tənzimləmənin əhəmiyyətini anlayırlar. Bu sahədə ilk belə addım həmin paktın imzalanması olacaq".

Qeyd edək ki, hazırda dünyada ən güclü kiber orduya üç ölkə - ABŞ, Rusiya və Çin malikdir. ABŞ bundan öncə dəfələrlə Çin, Rusiya və İrandan olan hakerlərin ölkənin əsas informasiya mərkəzlərinə kiberhücumlar təşkil etdiyini bildirib. Moskva isə ABŞ-ı özünün imkanlarından yararlanaraq, bəzi ölkələrdə destablizasiya yaratmaqda günahlandırıb.

Tarix
2016.02.04 / 14:47
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla