Bakıda mobil telefonların qiyməti kəskin
ucuzlaşıb.
Bakıda telefon satışı ilə məşğul olan Əli Həsənov Azvision.az-a bildirib ki, ucuzlaşma daha çox
"Samsung" markalı telefonlara aiddir.
"Son bir həftə ərzində firmalar tərəfindən qiymətlər aşağı
salınıb. Hazırki qiymətlər telefonların modelinə görə dəyişir. Bəzi
telefonlar var ki, onların qiyməti 50-100 manatadək ucuzlaşıb. Bura
"Samsung"un "A5","A3" modelləri daxildir. Əvvəl 349 manat
satdığımız telefon hazırda 299 manatadır".
Satıcı Rauf Əliyev isə ucuzlaşmanın "Ayfon" (iPhone) markalı
telefonlara şamil edilmədiyini bildirib: "Ayfon markalı telefonarda
qiymətlər aşağı düşməyib, əksinə artım olub. Qiymətlər əsasən
"Samsung Galaxy"lərdə aşağı düşüb. "Samsung"un 4 modelində "A5","
A3" "J7", "J5"-lərdə qiymət fərqi var. Yerdə qalan modellərin
qiyməti hələlik ucuzlaşmayıb. Adlarını çəkdiyimiz telefonlar 100
manat aşağı qiymətə satılır".
Satıcının sözlərinə görə, mobil telefonların ucuzlaşması
bazardakı durğunluqla əlaqədardır: "Şirkət əvvəl gün ərzində 600
mobil telefon satırdısa, indi 50 telefon satmaq olmur. Məcbur qalıb
qiymətləri aşağı saldılar".
Mağaza sahibi qiymətlərin dəyişməsinin gündəlik alverə ciddi təsir
etmədiyini deyib.
Satıcıların fikrincə, bazarda vəziyyət belə davam edərsə, digər
telefon modellərinin də qiymətində kəskin ucuzlaşma gözlənilir.