Yuxarı

Türk jurnalistdən Bakı-2015 açıqlaması – Özəl

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk jurnalistdən Bakı-2015 açıqlaması – Özəl

"Dünya qardaş ölkələr olan Azərbaycan və Türkiyənin birliyi, bərabərliyi və həmrəyliyi səhnəsinə həsəd aparır, bu qardaşlığın formulunu öyrənməyə çalışır".

Bu sözləri Türkiyənin "Kanal 33" TV kanalının layihə rəhbəri və aparıcısı Bərgüzar Şənay Axar.az-a Azərbaycanda keçiriləcək I Avropa Oyunları haqqında danışarkən deyib. Xanım jurnalist bildirib ki, Azərbaycanın bu başarısı Türkiyəyə hədsiz sevinc yaşadır:

"Uzaq məsafələrin yaxınlaşdığı bu soyuq zamanda qardaş ölkə Azərbaycandan gələn isti xəbərlər bizə qürur və sevinc yaşadır. Məhz qardaş Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının hazırlıq təlaşı Türkiyəyə qədər gəlib çıxıb. Qardaşımızla qürur duyuruq. Görürük ki, cənab prezidentiniz İlham Əliyev Azərbaycanın aydın gələcəyi, işıqlı sabahı və davamlı uğurlu yaşamı üçün əlindən gələni edir. İnkişaf etmiş, güclü dünya ölkələri qarşısında dik durur. Dünya qardaş ölkələr olan Azərbaycan və Türkiyənin birliyi, bərabərliyi və həmrəyliyi səhnəsinə həsəd aparır, bu qardaşlığın formulunu öyrənməyə çalışır. Dünya uğurlarımızı qısqanır. Bu qısqanclığın görünən nəticəsidir ki, onların qaralama kampaniyaları, gözdənsalma planları ardarda gəlir. Amma diləyirəm ki, Azərbaycan bu kimi hallara görə həvəsdən düşməsin, uğura doğru inadla addımlasın.

Bu məqamda bildirmək istəyirəm ki, biz hələ də möhtəşəm 17-ci Akdeniz Oyunlarının izlərini daşıyırıq. Həmin böyük tədbirdə Türkiyənin Mersin şəhəri 24 ölkəyə ev sahibliyi edərək təşkilatçılığı ilə diqqət çəkmişdi. Xarici ölkələrin mediasında aparılan gözdənsalma kampaniyaları nəticəsində bu fövqəladə uğur basqılara məruz qalsa da, istənilən halda o başarının sevincini, qürurunu yaşadıq.

Qardaş ölkəmiz Azərbaycanın paytaxtı Bakıda təşkil olunan bu dəbdəbəli və görülməyə, baxılmağa dəyər, bir-birindən özəl qonaqların iştirak edəcəyi, dünyaya örnək Avropa Oyunları günləri bizim də uğur günümüz olacaq. Buna heç şübhə etmirəm. Türkiyə jurnalistləri olaraq qardaş ölkənin uğurunun geniş şəkildə işıqlandırılması üçün əlimizdən gələni edəcəyik. Biz hər zaman Azərbaycanın yanındayıq. Uğurunuz uğurumuzdur".

Tarix
2015.05.01 / 15:24
Müəllif
Məmməd Rauf
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla