Yuxarı

BAKI-2015-in elçisindən maraqlı inanc və vərdiş

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
BAKI-2015-in elçisindən maraqlı inanc və vərdiş

İlk Avropa Oyunlarında iştirak edəcəyim günü səbirsizliklə gözləyirəm.

AZƏRTAC "Bakı-2015"in saytına istinadla xəbər verir ki, bu sözləri ilk Avropa Oyunlarının beynəlxalq idman elçisi Böyük Britaniya taekvondoçusu Ceyd Cons deyib.

C.Cons 1993-cü ildə Şimali Uelsdə doğulub və 8 yaşında olarkən babası onu taekvondo ilə tanış edib. Əsas məqsəd isə Ceydin özünün şəxsi müdafiəsini təmin etmək olub. Ceyd "London-2012" Olimpiya Oyunlarında qızıl medal qazandıqdan sonra, həmçinin dünya Qran-prisi və 2014-cü ildə keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

"Bakı-2015"in beynəlxalq idman elçisi seçildiyim üçün çox qürur duyuram", - deyən Ceyd ilk Avropa Oyunlarının tanıdılmasında iştirak etməyin onun üçün fəxr olduğunu söyləyib.

Taekvondoçu deyib: "Mən Avropa Oyunlarında yarışacağıma görə doğrudan da çox həyəcanlıyam. Belə şansla tez-tez qarşılaşmıram və bu, mənim üçün yaxşı fürsətdir ki, müxtəlif idman növlərinin bir araya gəldiyi yarışda iştirak edim. Bizi mükəmməl ab-hava gözləyir".

Ceyd "oyundan əvvəl etdiyin hər hansı bir vərdiş və ya inancın varmı" sualına belə cavab verib: "Mən hər zaman öz uğurlu corablarımı geyinirəm. Ailə üzvlərim isə oyundan bir gün əvvəl tünd yaşıl rəngli daş-qaşdan olan boyunbağı taxırlar".

Tarix
2015.05.04 / 01:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla