Yuxarı

TRT rejissorundan Bakı-2015 açıqlaması

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
TRT rejissorundan Bakı-2015 açıqlaması

"Bu, hər bir azərbaycanlı üçün imtahandır".

Bu sözləri Türkiyənin TRT kanalının azərbaycanlı rejissoru İradə Rəfizadə Axar.az-a Azərbaycanda keçiriləcək I Avropa Oyunları haqqında danışarkən deyib. Həmyerlimiz bildirib ki, Azərbaycanın bu uğuru xaricdə yaşayan azərbaycanlılar olaraq bizi çox qürurlandırır:

"Bildiyimiz kimi, Romada səs çoxluğu ilə Avropanın ilk Olimpiadasının Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsinə qərar verildi. Bu xəbər bir azərbaycanlı olaraq, xüsusilə də xaricdə yaşayan azərbaycanlılar olaraq bizi çox qürurlandırdı. İnanın ki, bu duyğunu yaşamaq bir başqa hissdir. Bunu Azərbaycan Avroviziya yarışmasında birinci olduğu zaman, həmin yarışmanın Bakıda keçirilməsi, olimpiadalarda Azərbaycanın bayrağı dalğalandığında, Elnur Hüseynov Türkiyədə birinci olduğu zaman da yaşadıq. Əminəm ki, ölkəmin başarıları hər il bir az daha çoxalacaq.

Avropanın birinci Olimpiyadasının Bakıda keçirilməsi möhtəşəm hadisədir. Bu, hər bir azərbaycanlı üçün imtahandır. Hər şeyimizlə gözlər önündəyik: qonaqpərvərliyimiz, yeməklərimiz, qabiliyyətimiz, tərbiyəmiz, ədəbimizlə.

Gözəl Bakımız - can Bakımız... İşıqları, Xəzəri, ürəyi ilə hər gələn qonağı özünə heyran buraxacaq. İnşallah ev sahibliyimizdən hamı məmnun qalar, ölkələrinə bir Azərbaycan eşqi ilə qayıdarlar.

Qatılan iştirakçıların içində qonaq deyil, qardaş olan Türkiyə də, səhv etmirəmsə, 23 fərqli idman növü üzrə iştirak edəcək.

Tarix boyunca qısqanıldıq. Türk adının böyüklüyü, əzəməti düşmənimizi hər zaman qorxutdu. Amma onlar da yer üzünə o missiya ilə gəldikləri üçün özlərinə yaraşanı etməkdə qərarlıdırlar. Varsın da, onlar düşmən olsunlar. Biz özümüzü, doğru olanı, haqqımız olanı bilirik. Həzrəti Mövlananın bir sözü var: "Bizi bilən bilir, bilməyən də özü kimi bilir’’.

Bizlər əsil qan daşıyan, başı hər zaman uca bir millətik və tarixdə də belə anılacağıq.

"Dostlar ırmak gibidir

Kiminin suyu az, kiminin çok.

Kiminde elleriniz ıslanır yalnızca,

Kiminde ruhunuz yıkanır boydan-boya".

Biz ruhumuzun qaynaşdığı dostlarımızla varıq, onlarla birlikdəyik. Vətənimə – Bakıma ən içdən salamlarım, sevgilərimlə daha çox yeniliklərə, uğurlara imza atmasını diləyirəm".

Tarix
2015.05.04 / 09:12
Müəllif
Məmməd Rauf
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla