Yuxarı

"Qarayaxma kampaniyası hədəfinə çatmayacaq"

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarayaxma kampaniyası hədəfinə çatmayacaq"

Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası Bakı-2015 ilk Avropa Oyunlarının üzərinə heç bir kölgə sala bilməyəcək.

Azərtac xəbər verir ki, bu fikri Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin müavini qeyd edib ki, ilk Avropa Oyunları ərəfəsində üzləşdiyimiz bu qarayaxma kampaniyasına biz artıq alışmışıq. Bir neçə il bundan əvvəl Azərbaycanda "Avroviziya" mahnı müsabiqəsi keçiriləndə də belə bir vəziyyətlə qarşılaşmışdıq. Bu, bizi daxilən nə qədər incitsə də, Azərbaycan həmin müsabiqəni yüksək səviyyədə təşkil etdi.

Əli Əhmədov vurğulayıb ki, Avropa Oyunlarının keçirilməsi üçün zəruri hazırlıq işləri artıq başa çatıb. Azərbaycanın adı ilk Avropa Oyunları keçirilən bir məkan kimi tarixə yazılacaq. Bu cür məsuliyyəti öz üzərinə götürmüş Azərbaycana diqqətli yanaşma daha ədalətli olardı, lakin biz bunun əksini görürük. ABŞ-dan, Avropanın bir çox dairələrindən Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Bütün bunlar ikili standartların təzahürü olsa da Azərbaycanın haqq işini həyata keçirməsinə maneə yarada bilməyəcək. Biz öz işimizi görürük, üzərimizə götürdüyümüz öhdəliyi də layiqincə yerinə yetiririk. Bu qarayaxma kampaniyası onu həyata keçirənlərə başucalığı gətirməyəcək. Görünür, onlar sadəcə daxilən belə missiyaları həyata keçirməyə kökləniblər və həmişə bu işlərlə məşğul olurlar.

Tarix
2015.05.04 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla