Yuxarı

"Təəssüf ki, Oyunlar bizim dövrə düşmədi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Təəssüf ki, Oyunlar bizim dövrə düşmədi

Taekvondo üzrə Avropa və dünya çempionu, Azərbaycan Taekvondo Federasiyasının milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev Avropa Oyunlarında çıxış etməyin idmançılar üçün qürur hissi olduğunu deyib.
 
Keçmiş idmançı Publika.az-a açıqlamasında bu cür turnirin onların dövründə olmadığı üçün təəssüfləndiyini deyib:
 
"Bu cür turnirdə, Azərbaycan yığmasının tərkibində iştirak etməyi hər bir idmançı istəyərdi. Hamı istəyər ki, Avropa Oyunlarında qalib olsun, medallardan birinə sahib çıxsın. Bu gün Azərbaycanda, doğma azarkeşlər önündə iştirak etməyin özü böyük fəxr hissidir. Hər bir idmançı bu turnirdə şərəf hissi ilə döyüşməlidir, öz sahəsində layiqincə çıxış etməlidir. Təəssüf ki, bu turnir bizim çıxış etdiyimiz dövrə təsadüf etmədi. Amma orada çıxış edəcək idmançılara uğurlar arzulayıram. Təbii ki, keçmiş bir idmançı kimi deyirəm, onların yerinə mən də olmaq istəyərdim".
 
Vitse-prezident I Avropa Oyunlarında çıxış edəcək taekvondoçularımızdan da danışdı:
 
"Demək olar bir ildir ki, I Avropa Oyunları üçün çalışırıq. Təəssüflər olsun ki,  ağır çəkilərdə problemimiz olur. Amma 8 idmançı ilə təmsil olunacağıq. Mayın 8-dən 18-nə qədər biz Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcəyik. Biz orada 8 oğlan, 7 qız idmançı ilə təmsil olunacağıq. Orada layiqincə çıxış edəcək 4 qız, 4 oğlan idmançımız seçiləcək və Avropa Oyunlarında çıxış edəcək".

Tarix
2015.05.05 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla