Yuxarı

Bakı-2015-in təqdimatı olacaq - Qətərdə

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015-in təqdimatı olacaq - Qətərdə

İyunda Bakı Avropanın və dünyanın diqqət mərkəzində olacaq. Tarixdə ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunlarında qitənin 6 mindən artıq idmançısı birincilik uğrunda mübarizə aparacaq. Güləş yarışlarında isə Avropanın ən güclü 480 pəhləvanı 24 dəst medal uğrunda xalça üzərinə çıxacaq.

Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov milli komandamızın hazırlığı və ilk Avropa Oyunlarının təbliği istiqamətində həyata keçirilən tədbirlər barədə Azərtac-ın müxbirinin suallarını cavablandırıb.

- Güləşçilərimizin ilk Avropa Oyunlarına hazırlığı barədə nə deyə bilərsiniz?

- Güləşçilərimizin bu mötəbər yarışlara hazırlığı plan üzrə davam edir. İdmançılarımız ilk Avropa Oyunlarının məsuliyyətini dərk edirlər. Sərbəst güləşçilərimiz ilk Avropa Oyunlarına hazırlığı Göygöl Olimpiya İdman Kompleksində davam etdirirlər. Yunan-Roma güləşçilərimizin hazırlığı Xaçmazda təşkil olunacaq. Qadın güləşçilərimizin isə Kiyevdə təlim-məşq toplanışı nəzərdə tutulub.

Güləş ölkəmizdə geniş auditoriyaya malik idman növüdür. Əminəm ki, Avropa Oyunları zamanı tamaşaçılar pəhləvanlarımıza Heydər Əliyev adına İdman Sarayında öz dəstəklərini nümayiş etdircəklər. Bu, güləşçilərimizin qələbə əzminin artırılmasına müsbət təsir göstərəcək.

- "Bakı-2015" ilk Avropa Oyunlarının Çilidə Dünya Güləş Birliyinin Amerika Şurasının konqresində təqdimatı böyük maraqla qarşılanmışdı. Oyunlarla bağlı növbəti təqdimat planlaşdırılırmı?

- Düzdür, Çilidə Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi idarə heyətinin üzvü Namiq Əliyev geniş təqdimatla çıxış etdi. Namiq Əliyev Avropa Oyunlarına hazırlıqla bağlı qısa müddətdə görülmüş işlər barədə konqres iştirakçılarına ətraflı məlumat verdi. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin hazırlıq prosesini daim diqqət mərkəzində saxladığını xüsusi vurğuladı. Həmin tədbirdə, həmçinin Azərbaycanın Avropa Oyunlarına hazırlığından bəhs edən videoçarx və fotoslayd nümayiş etdirildi, Federasiya tərəfindən konqres iştirakçılarının şərəfinə ziyafət təşkil olundu.

Mayın 5-də isə Qətərin paytaxtı Dohada Dünya Güləş Birliyi Asiya Şurasının konqresi təşkil olunacaq. Dohada da ilk Avropa Oyunlarının təqdimatı nəzərdə tutulub. Çilidə olduğu kimi, Qətərdə də təqdimatı Namiq Əliyev edəcək.

- Ötən həftə Dünya Güləş Birliyi yunan-Roma güləşi qaydalarına dəyişiklik etdi. Yeni qaydalar ilk Avropa Oyunlarında tətbiq olunacaqmı?

- Bəli, Avropa Oyunları zamanı yeni qaydalar tətbiq olunacaq. Bu qaydalar ilk dəfə mayın 6-11-də Dohada keçiriləcək Asiya çempionatında, mayın 6-8-də Havanada keçiriləcək yeniyetmə və gənclərin Panamerika çempionatında qüvvəyə minəcək.

Tarix
2015.05.05 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla