Yuxarı

“Avroviziya”da nələr törədildiyini unutmamışıq”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Avroviziya”da nələr törədildiyini unutmamışıq”

"I Avropa oyunları bizim üçün idman bayramıdır".

Bunu Axar.az açıqlamasında "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov söyləyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı qara piyar aparanlar istəklərinə nail ola bilməyəcək:

"Azərbaycanın bu bayrama hazırlaşdığı bir vaxtda ölkəmizi istəməyən daxili və xarici qüvvələr Azərbaycanın əleyhinə müxtəlif kampaniyalar həyata keçirirlər. Əslində, bu kimi davranışlara təbii yanaşmaq lazımdır. "Avroviziya" Bakıda keçirilən zamanı nələr baş verdiyini biz heç birimiz unutmamışıq. O zaman da bizə qarşı qara piar aparılırdı. Lakin o zamankı kimi, bu dəfə də istədiklərinə nail ola bilməyəcəklər. Qitə tarixində keçirilən ilk oyunların başlamasına az zaman qaldığını göstərən Bakı-2015 İlk Avropa Oyunları məşəlinin yandırılması mərasiminin keçirilməsi hər kəsin həyəcanını bir az daha artırdı".

Mirhəsən Seyidov Bakıya qarşı qara piar aparanlara sosial şəbəkələr vasitəsilə "İrəli" İB tərəfindən layiqli cavab verildiyini qeyd edib:

"Bütün bu proseslərdə gənclərin iştirakçılığı vacib məsələlərdəndir. Ona görə də İlk Avropa Oyunlarının gənclər arasında təbliğatı düzgün aparılmalıdır. Biz gənclər olaraq, vətəndaş olaraq istər beynəlxalq, istərsə də yerli təşkilatların apardıqları çirkin kampaniyaların, qara piarın qarşısını almalıyıq. Biz artıq qəbul etməliyik ki, bu gün sosial şəbəkə dövrüdür və informasiya müharibəsində uduzmamağın bir yolu da sosial şəbəkələrdə aktiv olmaqdır. Biz də bunu nəzərə alaraq kifayət qədər aktivlik nümayiş etdiririk. Tvitter sosial şəbəkəsində I Avropa Oyunları ilə bağlı gənclər tərəfindən geniş təbliğat kampaniyaları aparılır. #knowAzerbaijan, #firstEuropeanGames, #EuropeanGames haştaqları ilə İlk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanın geniş təbliğatı aparılaraq anti-Azərbaycan qüvvələrinə layiqli cavablar verilir. Biz unutmamalıyıq ki, Azərbaycanın hər bir uğuru bizim ümumi nailliyyətimizdir. İlk dəfə keçiriləcək Bakı-2015 I Avropa Oyunları ilə Azərbaycan özünün geniş imkanlarını, iqtisadi qüdrətini, sülhə və dostluğa sədaqətini nümayiş etdirəcək. Bizim də vətəndaş olaraq borcumuz Azərbaycanın maraqlarını qorumaqdır".

Xatırladaq ki, Avropa Oyunlarında 6 mindən çox yüksək dərəcəli idmançının iştirakı gözlənilir. Bundan başqa, minlərlə turist ölkəmizə gələcək və buranı daha yaxından tanıyacaq. Məhz Bakı-2015 Azərbaycanın dünyada təbliğatı baxımından da böyük əhəmiyyətə malikdir.

Tarix
2015.05.05 / 18:58
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla