Yuxarı

Bakı 2015-də ilk tarixi yarış - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı 2015-də ilk tarixi yarış - Foto

İyunun 12-də başlanacaq Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə, Bakı 2015 Bilgəh çimərliyində, mayın 2-də triatlon idmanı üzrə ilk yarış təşkil olunub.

Publika.az xəbər verir ki, 13 idmançının mübarizə apardığı yarış Bakı 2015 və Azərbaycan Triatlon Federasiyasının birgə təşkilatçılığı ilə keçirildi. Qeyd edək ki, Azərbaycan Triatlon Federasiyası 2013-cü ildə, Bakı şəhəri Birinci Avropa Oyunlarının ev sahibi seçiləndən bir neçə ay sonra təsis olunub.

Turnirin təşkili ilə bağlı həm iştirakçılar, həm də Avropa Triatlon Birliyinin (ATB) texniki nümayəndələri müsbət rəy veriblər. ATB-in texniki nümayəndəsi Xorxe Qarsiya bu xüsusda bildirib: "Yarış yüksək səviyyədə keçirildi. Arena isə möhtəşəmdir. Həm əsas yarışlardan əvvəl bununla bağlı bütün detalları sınaqdan keçirmək imkanımız olduğu üçün, həm də nəticədən məmnunuq. Artıq Bakı 2015 Avropa Oyunları çərçivəsində triatlon yarışlarının keçiriləcəyi günü səbirsizliklə gözləyirik."

Bakı 2015 Avropa Oyunlarının triatlon yarışları iyunun 13-14-də Bilgəh çimərliyində təşkil olunacaq. 65-i kişi və bir o qədəri də qadın olmaqla, cəmi 130 idmançı mübarizəyə qoşulacaq. Qadınların mübarizəsi iyunun 13-nə, kişilərin isə iyunun 14-nə nəzərdə tutulub. Qaliblər Birinci Avropa Oyunlarının çempionu adını qazanmaqla yanaşı, təmsil etdiyi milli olimpiya komitəsinin 2016-cı il Rio de Janyero Yay Olimpiya Oyunlarında iştirakını təmin etmiş olacaq.

Tarix
2015.05.05 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla