Yuxarı

Bakı-2015-in elçisi Giyom Müssonun heyranıdır

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015-in elçisi Giyom Müssonun heyranıdır

Əsas hədəfim ilk Avropa Oyunlarında medal qazanaraq idmanın bu növü üzrə ən yaxşıların sırasında olmaqdır.

Azərtac xəbər verir ki, bu sözləri ilk Avropa Oyunlarının beynəlxalq idman elçisi fransalı gimnast Kseniya Mustafayeva deyib. On doqquz yaşlı idmançı 2013-cü ildə Mersində Aralıq dənizi oyunları və ötən il İzmirdə keçirilən dünya çempionatının rekordçusudur. Kseniya Mustafayeva, həmçinin 2011-ci və 2012–ci illərdə Fransa milli çempionatında gümüş medal qazanıb. Birinci Avropa Oyunlarında iştirak edəcəyi üçün çox sevindiyini bildirən gimnast bu yarışları səbirsizliklə gözlədiyini deyib.

Gimnastikaya 4 yaşında başladığını deyən Kseniya Mustafayeva bildirib ki, bu gün mənim məşqçim olan anam vaxtilə peşəkar idmançı olub. Biz Fransaya köçəndən sonra o, mənimlə məşğul olur. Karyerasında ən yadda qalan yarışdan danışan K.Mustafayeva belə cavab verib: "Azyaşlı qızın oyundan sonra ağlayaraq mənimlə şəkil çəkdirməsi ən yaddaqalan anlarımdandır. Çox təsirlənmişdim. Çox güman ki, 2014-cü ildə Tye Qran-prisində bürünc medal qazanmağım da mənim peşəkar gimnastika karyeramın ən parlaq hissəsidir.

Ən sevimli tarixi şəxsiyyətin Koko Şanel və Merilin Monro olduğunu bildirən gimnast sevdiyi məkan sualına cavab olaraq doğma evini qeyd edib. Mütaliəni sevən Kseniya fransız yazıçısı Giyom Müssonun əsərlərini heyranlıqla oxuduğunu bildirib.

Tarix
2015.05.05 / 23:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla