Yuxarı

500 tələbə turistlərə bələdçilik edəcək

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
500 tələbə turistlərə bələdçilik edəcək

Avropa Oyunları zamanı 500-dən artıq tələbə peşəkar bələdçilərlə birlikdə turistlərə yardımçı olacaq.

Axar.az xəbər verir ki, bu barədə məlumat verən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov bildirib ki, Avropa Oyunlarına universitetin tələbələri könüllülər qismində qoşulacaqlar: "Artıq ATMU-nun 500-ə yaxın tələbəsi könüllü kimi qeydiyyatdan keçib. Universitet bütün potensialı ilə bu işə qoşulub. Ötən müddət ərzində kurslarda bacardığımız qədər bələdçi kadrları yetişdirmişik".

Bildirək ki, Avropa Oyunları zamanı gələn qonaqların turist bələdçiləri ilə təminatında heç bir problem yaranmayacaq. Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, bələdçilərlə işi turizm şirkətləri özləri qururlar, nazirlik bu işə müdaxilə etmir: "Azərbaycanda daxili turizmlə məşğul olan şirkətlər turist bələdçiləri baxımından Avropa Oyunlarına hazırdırlar".

V.Şıxməmmədov qeyd edib ki, Avropa Oyunlarına gələn qonaqlara xidmət göstərmək üçün Bakı şəhərində kifayət qədər bələdçi var.

O, nazirliyin yalnız bu oyunların keçiriləcəyi müddət üçün deyil, hər zaman turizm şirkətlərinə bələdçi kartları olan bələdçilərlə əməkdaşlıq etməyi tövsiyə etdiyini də söyləyib: "Bələdçilər Azərbaycan Turizm və Menecment Universitetindəki bələdçi kurslarında iştirak edərək bələdçi kartları əldə edirlər. İstənilən halda Azərbaycan Turizm və Menecment Universitetinin akkreditasiyasından keçərək kart əldə edən bələdçilərin fəaliyyət göstərməsi bizim üçün prioritetdir. Kartın olması bələdçinin fəaliyyəti üçün artıq bir icazədir. Təbii ki, bütün turizm şirkətlərinə - bunun Oyunlara aidiyyəti yoxdur - bələdçi kartları olan bələdçilərlə əməkdaşlıq etmək tövsiyə olunur".

Tarix
2015.05.06 / 11:05
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla