Yuxarı

Bakı-2015 Belçikada

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015 Belçikada

Mayın 6-da Belçikada "Avropa idman gecəsi" adlı tədbir keçiriləcək.

Avropa Olimpiya Komitəsinin (AOK) Avropa İttifaqı Ofisinin sayca dördüncü dəfə təşkil edəcəyi tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, AOK prezidenti Patrik Hikki, Avropa Parlamentinin prezidenti Martin Şults, bir sıra ölkənin idman nazirləri və federasiya rəhbərləri iştirak edəcəklər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, "Avropa idman gecəsi"nin keçirilməsində əsas məqsəd idmanda yeniliklərin əldə olunması, federasiyalar və Avropa Olimpiya komitələri arasında əlaqələrin möhkəmləndirilməsi və idman sahəsində bir sıra problemlərin aradan qaldırılmasıdır.

İki yüzdən artıq qonağın qatılacağı tədbirdə keçiriləcək plenar iclaslarda səmərəli müzakirələrin aparılması nəzərdə tutulur. Tədbirin "Bakı-2015" ilk Avropa Oyunları: 5 həftə qalmış" bölməsində nazir Azad Rəhimov iştirakçılara Azərbaycanda idman sahəsində görülən işlər, əldə olunan nailiyyətlər haqda məlumat verəcək. Nazir çıxışında, həmçinin "Bakı-2015" birinci Avropa Oyunlarına hazırlıq, bu sahədə görülən işlər, açılan idman qurğuları, keçirilən tədbirlər və digər məlumatları da qonaqların diqqətinə çatdıracaq.

Tarix
2015.05.06 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla