Yuxarı

Məşəl Sabirabada gətirildi - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşəl Sabirabada gətirildi - Foto

Birinci Avropa Oyunlarının məşəli Saatlı rayonundan sonra mayın 6-da günün ikinci yarısında Sabirabada gətirilib.

Şəhərin girişində məşəli minlərlə sakin böyük sevinclə qarşılayıb.

Pankration Federasiyasının prezidenti, peşəkar idmançı Azad Əsgərov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi.

3,9 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar Heydər Əliyev prospekti ilə hərəkət edərək birinci Avropa Oyunlarının alovunu Heydər Əliyev meydanına gətirdilər.

Pəhləvan Amid Babayev Heydər Əliyev meydanında qurulmuş səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı.

Sonra məktəbli Nərgiz Əsgərova Avropa Oyunlarının rəmzi çırağını yandıraraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayondakı Heydər Əliyev Mərkəzinə təhvil verdi.

Məşəli qarşılayanlar arasında rayonun Dəngən kənd tam orta məktəbinin müəllimi Əbülfət Məmmədov da vardı. O, Avropa Oyunlarının məşəlini şagirdləri ilə birgə qarşılamasından duyduğu sevinci AZƏRTAC-ın müxbiri ilə bölüşərək dedi: "Məşəl estafetini sabirabadlılar böyük sevinclə qarşılayırlar. Mənə elə gəlir ki, bu gün tarixi hadisə kimi məktəblilərin yaddaşında həmişə xatırlanacaq. Onların üzündəki sevinc həqiqətən də görülməyə dəyər. Ümumiyyətcə, həmyerlilərimə Avropa Oyunlarının məşəlini layiqincə qarşıladıqlarına görə minnətdaram. Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır. Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. O ki qaldı yarışlara, idmançılarımızın hər birinə uğurlar arzulayıram. Əminəm ki, azərbaycanlı idmançılar bu yarışlarda da öz sözlərini deyəcəklər".

Ə.Məmmədov diqqətə çatdırdı ki, ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları Azərbaycanda idmanın inkişafına, respublikamızın beynəlxalq aləmdə tanınmasına, mədəniyyətimizin dünyada təbliğinə töhfə verəcək.

Rayon sakini Eldar Əmənov da sevincini paylaşaraq dedi ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi əlamətdar hadisədir: "Bu münasibətlə azərbaycanlı idmansevərləri təbrik edir, idmançılarımıza qələbələr arzulayıram".

Söhbətə qoşulan rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Şükufə Əsgərova ürək sözlərini belə ifadə etdi: "Azərbaycan artıq beynəlxalq tədbirlərin ünvanına çevrilib. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də bu mənada təsadüfi deyil. Bu, ilk növbədə, sürətli sosial-iqtisadi inkişaf, ölkəmizdə əmin-amanlıq, möhkəm ictimai-siyasi sabitliklə sıx bağlıdır. Artıq bu mötəbər idman tədbirinin məşəli ölkəni gəzir, o cümlədən məşəl bizim rayonumuza da səyahət etdi. Hələ də o anların təsiri altındayam. Bütün idmançılara uğurlar arzulayıram. Ancaq bizim idmançılardan daha böyük nəticələr gözləyirəm".

Birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimindən sonra Sabirabadda möhtəşəm Alov festivalı keçirildi.

Mərasimdə rayonun musiqi kollektivlərinin, respublikanın tanınmış incəsənət ustalarının çıxışları meydana toplaşanlar tərəfindən sürəkli alqışlarla qarşılandı.

Səhnədə nümayiş etdirilən Alov şousu festival iştirakçılarında xoş ovqat yaratdı.

Festivalda aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Tarix
2015.05.06 / 23:55
Müəllif
Axar.az
Digər xəbərlər

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

Erməni nümayəndə heyəti Azərbaycana gələcək

Məmdaninin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya

Şahin Mustafayevin karvanı Ağverəni tərk etdi - Video

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

Bu şura sülhün pozulmasında alət kimi istifadə olunur - Şeyx

Anar Əliyev ona nazirlikdə yüksək vəzifə verdi

Hesablama Palatasından mühüm təklif

Bakı və İrəvan delimitasiya üzrə layihələri razılaşdırdı

40 il sonra yenidən Ermənistanda: ermənicə sərbəst danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla