Yuxarı

Uznadze: “Bakının “Avroviziya” təcrübəsi var”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uznadze: “Bakının “Avroviziya” təcrübəsi var”

"Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirləri təşkil etmək üçün böyük təcrübəsi var".

Bu barədə Axar.az-a açıqlamasında Gürcüstanın "Avroviziya" komandasının rəhbəri Natiya Uznadze deyib. O, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunacağına inandığını bildirib:

"Bakını çox sevirəm və Azərbaycanda dəfələrlə olmuşam. Çox qonaqpərvərsiniz. Avropa Oyunlarının Bakıda keçiriləcəyini öyrənəndə çox məmnun oldum. Bildiyimə görə, Avropa Oyunları iyunun 12-dən 28-dək davam edəcək və yarışlara 48 ölkənin nümayəndəsi qatılacaq. Azərbaycan artıq yeni tikilmiş stadionu, idman şəhərciyi ilə qonaqlarını qəbul etməyə hazırdır. Bu çox ciddi hadisə olmasına baxmayaraq, əminəm ki, siz onun öhdəsindən ən yüksək səviyyədə gələcəksiniz. Çünki Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirləri təşkil etmək üçün böyük təcrübəsi var. Bu mənada 2012-ci ildə Bakıda keçirilən "Avroviziya" yarışmasını xatırlayıram. Mən Avropa Oyunlarının da yüksək səviyyədə təşkil ediləcəyinə əminəm və bu, Azərbaycanın növbəti uğuru olacaq".

Tarix
2015.05.07 / 08:00
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla