Yuxarı

“Azərbaycanın nüfuzu bundan sonra da artacaq”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycanın nüfuzu bundan sonra da artacaq”

Bu gün Bakıda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən "Azərbaycan müasir dünyada" adlı konfrans öz işinə başlayıb.

Publika.az-ın məlumatına görə, konfransdan öncə dövlət və hökumət rəsmiləri, YAP funksionerləri, bir qrup millət vəkili ulu öndər Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Daha sonra tədbirdə çıxış edən YAP-ın icra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövləti anlayışlarını bir-birindən ayırmaq mümkün deyil. Onun sözlərinə görə, müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin şah əsəridir:

"Yeni Azərbaycan Partiyası hər il ənənəvi olaraq ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı konfranslar keçirir. Builki konfransın mövzusunun "Azərbaycan müasir dünyada" olması təsadüfi deyil. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi təsadüfi deyildi.

Azərbaycan "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi edib, ölkəmizin təmsilçisi bu müsabiqənin qalibi olduğu üçün ölkəmiz bu hüququ qazanıb. Bu günlərdə isə çox əlamətdar tarixi hadisənin ərəfəsindəyik. Azərbaycan ilk Avropa Oyunlarını keçirəcək, bu, Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir.

Eyni zamanda Azərbaycanın dünyanın enerji xəritəsində mühüm rol oynayır. Tam əminəm ki, ulu öndər Heydər Əliyevin qurduğu və prezident İlham Əliyevin gücləndirdiyi müstəqil Azərbaycan dövlətinin dünyadakı nüfuzu bundan sonra daha da artacaq".

Tarix
2015.05.07 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla