Yuxarı

Bakı-2015: Dubrovnikdən Bakıya velosipedlə - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015: Dubrovnikdən Bakıya velosipedlə - Foto

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyanın dəstəyi ilə həyata keçirilən Bakı-2015 İlk Avropa Oyunlarına velosipedlə" adlı layihə çərçivəsində Xorvatiyanın "Pedalinac" velosiped klubunun üzvləri Xorvatiyanın Dubrovnik şəhərindən Bakıya yola düşüblər. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Layihə ilə əlaqədar Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Bakıya səfər edəcək velosipedçilərin Dubrovnikdən yola salınma mərasimi təşkil olunub və mərasim Xorvatiyanın milli televiziyası HRT 1 kanalında geniş işıqlandırılıb.

Mərasimi açılış sözü ilə açan Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev Bakı-2015 Avropa Oyunları kimi mötəbər yarışın Azərbaycanda keçirilməsinin tarixi hadisə olduğunu qeyd edərək bu hadisənin bütün Avropa idmançılarının ümumi bayramına çevrildiyini bildirib. Səfir 20 idman növü üzrə altı mindən çox idmançının mübarizə aparacağı I Avropa Oyunlarına ölkəmizin yüksək səviyyədə hazırlaşdığını qeyd edərək, Olimpiya məşəlinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən alovlandırıldığını və məşəlin artıq ölkəmizdə səyahətdə olduğunu vurğulayıb.

K.Xasiyev Xorvatiyanın Bakı-2015 Avropa Oyunlarında geniş tərkibdə - 200 nəfərlik idman heyəti ilə təmsil olunacağını yüksək qiymətləndirib və "Pedalinac" velosiped klubu üzvlərinin "Bakı-2015 İlk Avropa Oyunlarına velosipedlə" layihəsinin Avropa Oyunlarının təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirdə iştirak edən Dubrovnik şəhərinin merinin müavini layihənin Azərbaycanla Xorvatiya arasında mədəni-idman münasibətlərinin inkişafı baxımından əvəzedilməz olduğunu qeyd edib.

Mərasim yerli ictimaiyyət və Dubrovnik şəhərində olan əcnəbi turistlər tərəfindən böyük maraqla qarşılanıb və velosipedçilər böyük alqışlarla Bakıya yola salınıblar.

Qeyd edək ki, Xorvatiyanın velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan "Pedalinac" velosiped klubunun üzvləri Xorvatiyanın Dubrovnik şəhərindən təqribən 4000 km-lik yürüş edərək Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəklər. Təxminən 35-40 gün davam etməsi nəzərdə tutulan yürüşün marşrutu Xorvatiya - Monteneqro - Albaniya - Makedoniya - Yunanıstan - Türkiyə - Gürcüstan - Azərbaycan olacaq.

Tarix
2015.05.07 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla