Yuxarı

Bakı-2015: “Heydər zirvəsi”nə yürüş - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015: “Heydər zirvəsi”nə yürüş - Foto

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) protokol şöbəsinin əməkdaşları "Heydər zirvəsi"nə yürüş ediblər.

AZƏRTAC Bakı-2015-ə istinadla xəbər verir ki, Azərbaycanda ən yüksək yaşayış məntəqəsi olan Qubanın Xınalıq kəndindən başlayan yürüş dəniz səviyyəsindən 3751 metr yüksəklikdə Qızıl Qaya silsiləsində yerləşən zirvəyədək davam edib.

Ulu Öndərin əziz xatirəsini yad etmək və çoxmillətli kollektivin dərin ehtiramını bildirmək məqsədilə keçirilmiş bu yürüşdə iştirak edən BEGOC-un əməkdaşlarından Royal Şirinov və Zaur Xəlilov birinci Avropa Oyunlarının bayrağını "Heydər zirvəsi"nə qaldırıblar.

Zirvəyə ilk dəfə yürüş etdiyini deyən Zaur Xəlilov səfərin ekstremal vəziyyətdə həyata keçdiyini vurğulayaraq deyib: "Səyahət zamanı ildırım və şimşək çoxlarını geri qayıtmağa vadar etdi. Dizə qədər qar, aydın olmayan yollar və qar altında itmiş işarələr də əlavə çətinlik yaradırdı. Dumana görə 4-5 metr aralıda olanları görə bilmədiyimiz üçün qabaqda nəyə rast gələcəyimizdən xəbərsiz idik".

Zirvəyə qalxmaqdan böyük fəxr hissi duyduğunu bildirən Royal Şirinov da yürüşün çətinliyi barədə belə danışıb: "Bu, adi bir missiya deyildi. Zirvəyə qalxmaq hər nə qədər çətin olsa da, bunun öhdəsindən gəlməli idik. Hava şəraitinin kəskin dəyişməsi heç də asan yürüşün olmayacağından xəbər verirdi. Günorta saatlarında biz artıq məqsədimizə çatdıq və "Heydər zirvəsi"ndə qürurla Bakı-2015-in bayrağını dalğalandırdıq".

Tarix
2015.05.07 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla