Yuxarı

Faiq Ağayev: “Bu, ermənilərə gözdağıdır”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faiq Ağayev: “Bu, ermənilərə gözdağıdır”

"Bakı-2015" Birinci Avropa Oyunlarına 35 gün qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.

Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.

Xalq artisti Faiq Ağayev Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:

"Avropa Oyunlarının Azərbaycanda keçirilməsini tam dəstəkləyirəm. Bundan öncə "Eurovision" musiqi yarışmasının vətənimizdə keçirilməsini necə ürəyimcəydisə, buna da elə sevinirəm. Çünki belə tədbirlər ölkəmizi xaricilərə tanıtmaq şansıdır. Ən azından bu yolla biz Qarabağ dərdimizi bütün dünyaya anlada bilərik. Bu, bizim üçün ermənilərə göz dağı vermək şansıdır. Bayrağımızı yüksəklərə qaldırmaq, idmançılarımızın uğurlarını görmək şansıdır. Düşünürəm ki, bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizə böyük xeyir gətirəcək. Bütün hərfləri böyük olmaq və sonda 3 nida işarəsi qoymaqla DƏSTƏKLƏYİRƏM!!!"

Faiq Ağayev yarışları canlı izləmək niyyətindədir. Ancaq bilet almayıb:

"Hələ vaxt var. Biletləri bu səbəbdən almamışam. Alacağam. Biletlər hələ ki satışda var".

Tarix
2015.05.08 / 12:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla