Bakıda I Avropa Oyunlarının
başlanmasına 35 gün qaldı. Artıq idman yarışlarının biletləri
satışa çıxarılıb. Oyunlara tamaşaçı qismində qatılmaq istəyənlərin
əsas qayğısı biletləri haradan və necə əldə etməkdir.
"Yeni Müsavat" I Avropa Oyunları yarışlarını
izləmək istəyənlər üçün bilet əldə etməyin yollarını təqdim
edir.
Əvvəlcə onu qeyd edək ki, bilet olmadan heç bir yarışı izləmək
mümkün deyil. Yalnız 16 yaşdan kiçik uşaqlar bəzi idman yarışlarına
biletsiz buraxıla bilər.
Bəs biletləri haradan və necə almaq olar?
Bilet alışını baku2015.com saytının "bilet" bölməsindən onlayn
əldə etmək mümkündür. Bu zaman biletin pulu tam şəkildə kredit
kartı vasitəsilə ödənilməlidir.
Azərbaycan tamaşaçıları Visa, VisaElectron, MasterCard, Maestro,
American Expresskartlarından istifadə etməklə bilet əldə edə
bilərlər.
Bütün onlayn bilet alıcıları "şanslı qalib" olmaq imkanı qazana
bilər və Oyunların Tərəfdaşlarından qeyri-adi hədiyyələr əldə edə
bilərlər. "Şanslı qalib" lotereyası yalnız 16 yaşında və ondan
yuxarı yaşda olan Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə
tutulub.
Onlayn alınan biletlərin biletlərin çatdırılma xidməti yoxdur.
İnternet üzərindən alınan biletlər tədbirdən öncə bilet alışının
təsdiqi formasını təqdim etməklə götürülməlidir.
Onlayn bilet almaq imkanı olmayanlar isə biletləri hazırda Rəsmi
Şəhər Bilet Satışı Məntəqələrindən və 12 iyundan etibarən Yarış
Obyektinin Bilet Satışı Kassalarından əldə edə bilərlər. Artıq
şəhər mərkəzində yerləşən 12 Şəhər Bilet Satışı Məntəqəsi Bakı 2015
Avropa Oyunları üçün biletlərin satışına artıq başlayıb. "Yeni
Müsavat" siyahını təqdim edir.
1. Park Bulvar Ticarət Mərkəzi- Neftçilər prospekti
2. 28 Mall Ticarət Mərkəzi - Nəsimiqəs. Azadlıq pros. və Fizuli
küç. kəsişməsi
3. Metro Park Ticarət Mərkəzi - Nərimanov qəs.,Təbriz küç. 106
A
4. Kassa - Heydər Əliyev adına Saray - Bülbül pros. 35
5. Köşk - Azərbaycan kinoteatrı - Ə.Əlizadə küç. 7
6. Köşk – Nizami küçəsi – Nizami küç. və Bülbül pros.
kəsişməsi
7. Köşk – Azadlıq Meydanı – Üzeyir Hacıbəyov küç. 69
8. Kassa - ASAN XidmətYasamal - Abbas Mirzə Şərifzadə, 157
9. McDonald's – Neftçilər - Q.Qarayev pros. 59
10. McDonald's – Əhmədli- M.Hadi və Çapayev 2322
11. McDonald's – Fəvvarələr Meydanı – Nizami küç. 340
12. Tofiq Bəhramov adına Respublika Stadionu (15 maydan
etibarən) -F.Xoyski pros. 98 A
Qeyd edək ki, 16 yaşından aşağı olan uşaqlar əksər yarış
sessiyalarına pulsuz girmək hüququna malikdirlər. Lakin yarış
obyektlərinə daxil olmaq üçün 3 apreldən etibarən hər hansı satış
məntəqəsində uşaqlar üçün xüsusi pulsuz bileti əldə etmək lazımdır.
Bu pulsuz biletlər Şəhər Bilet Satışı Məntəqələrindən və Yarış
Obyektlərinin Kassalarindan doğum haqqında şəhadətnaməni
göstərməklə əldə edilə bilər.
Yarışların keçirildiyi məkanlara gələrkən lazımi sənədləri
götürməyi unutmaq olmaz:
1. Biletin üzərində göstərilmiş tarixə uyğun yarış sessiyasında
və ya tədbirdə iştirak etmək üçün bütün bilet sahibləri etibarlı
bilet və foto şəkili olan şəxsiyyət vəsiqəsini təqdim
etməlidir.
2. 16 yaşdan aşağı bütün uşaqlar (28.06.1999 və ya sonra
doğulmuş), foto şəkili olan etibarlı şəxsiyyət vəsiqəsi və biletə
sahib olan yetkin şəxslə (18+) müşayiət olunmalıdırlar.
3. 16 yaşdan aşağı uşaqlar üçün pulsuz biletlər yalnız doğum
şəhadətnaməsini təqdim etməklə əldə edilə bilər.
4. 2 yaşdan aşağı uşaqların (28.06.2013 və ya sonra doğulmuş)
girişi pulsuzdur. Xüsusi oturacağa ehtiyacı olan tamaşaçılar
əlillik haqqında sənədi təqdimetməklə onlar üçün nəzərdə tutulmuş
yerlərə bilet ala bilərlər.
Hər bir yarış məkanında elektron bilet yoxlanışı həyata
keçiriləcək. Pulsuz biletindən istifadə üçün uyğunluğu sübuta
yetirə bilməyən şəxslərin girişinə icazə verilməyəcək, onlar tam
qiymətli bilet əldə etmək üçün bilet satışı məntəqəsinə
istiqamətləndiriləcəklər.
Qeyd edək ki, bütün idman növləri üzrə Heydər Əliyev adına İdman
Arenasında, Tofiq Bəhramov adına Respublika Stadionunda, Bakı
Kristal Zalda, Milli Gimnastika Arenasında, Bakı Su İdmanı
Mərkəzində və sair yerlərdə keçiriləcək yarışlara biletlər 2-5 AZN
arasında dəyişir. Belə ki, istənilən idman növü üzrə seçmə
mərhələnin yarışlarını izləmək 3 AZN, final mərhələnin yarışlarını
izləməkisə 5 AZN-dir. B kateqoriyalı yerlərdə isə 3 AZN –lik bilet
2 AZN, 5 AZN-lik bilet 3 AZN-dir.
Ən bahalı biletlər isə milli stadionda keçirilən I Avropa
Oyunlarının açılış və bağlanış mərasimlərinin biletləridir.Açılış
mərasiminin biletləri A kateqoriyalı yer üçün 200 AZN, B
kateqoriyalı yer üçün 100 AZN, C kateqoriyalı yer üçün 50 AZN, D
kateqoriyalı yer üçün 20 AZN təşkil edir.
Bağlanış mərasiminin biletləri isə A kateqoriyalı yer üçün100
AZN, B kateqoriyalı yer üçün 50 AZN, C kateqoriyalı yer üçün 20
AZN, D kateqoriyalı yer üçün 10 AZN təşkil edir.