Yuxarı

“Tour d’Azerbaijan”nın qalibi bəlli oldu

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Tour d’Azerbaijan”nın qalibi bəlli oldu

"Bakı-2015" dördüncü "Tour d’Azerbaijan" yarışının qalibi Primoz Roqliçi təbrik edib və Azərbaycan Velosiped İdmanı Federasiyasının növbəti dünya səviyyəli tədbirə ev sahibliyini yüksək qiymətləndirib.

Bu barədə Azərtaca-a "Bakı-2015" Əməliyyat Komitəsindən məlumat veriblər. Bildirilir ki, "Bakı-2015" təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası ilə sıx əməkdaşlıq edirlər və turun bugünkü son mərhələsi üçün istifadə olunan dövrə Avropa Oyunlarının şosse yarışları zamanı da velosipedçilər tərəfindən istifadə ediləcək.

Yarışdan sonra müsahibə verən "Bakı-2015"in idman şöbəsinin direktoru Pirs O’Kallaqan dedi: "Biz "Tour d’Azerbaijan"ın yenidən Bakıda uğurla başa çatmasından məmnunuq. Bu gün qazandıqları qələbə münasibətilə Primoz Roqliçi və "ADRIA Mobil" komandasını təbrik edirik. Bu, şəhərdə keçirilən növbəti mötəbər idman tədbiri oldu və həmin dünya səviyyəli idmançıları iyun ayında Avropa Oyunları zamanı yenidən Bakının küçələrində görəcəyimizə ümid edirik".

Avropa Oyunları zamanı nəqliyyat sisteminin təhlükəsiz, rahat, səmərəli hərəkətini və paytaxt sakinlərinin rahatlığına təsirin daha az olmasını təmin edəcək hərtərəfli nəqliyyat planı hazırlamaq məqsədilə, "Bakı-2015" Əməliyyat Komitəsi Oyunlardan əvvəl Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq edib.

Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən turun son mərhələsi zamanı da bu qaydaların bir çoxuna riayət olunub. Bu qaydaların icrası barədə danışan Pirs O’Kallaqan dedi: "Bu kimi önəmli idman tədbirləri zamanı bəzi yollarda hərəkətin məhdudlaşdırılması qaçılmaz olsa da, biz Federasiya ilə birgə Bakı sakinlərinin rahatlığına təsirini minimuma endirmək üçün çalışdıq. Biz, hər şeyin plana uyğun getdiyini və küçələrdə insanların bu cür maraqlı yarışdan zövq almasına şərait yaratmasından məmnun qaldıq".

Tarix
2015.05.10 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla