Yuxarı

“Adi hüquq pozuntusunu əldə bayraq edənlər...”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Adi hüquq pozuntusunu əldə bayraq edənlər...”

"I Avropa Oyunlarının mövcud yüksək hazırlıq səviyyəsi və icrası göstərir ki, Azərbaycan növbəti dəfə dünyanın idman və siyasi tarixinə öz adını qızıl hərflərlə yazdıracaq".

Bu barədə Axar.az-a Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud açıqlama verib.

"Azərbaycan son 5-10 ildə dünyanın ən müxtəlif humanitar, iqtisadi, siyasi tədbirlərinə ev sahibliyi etməklə bir daha dünyadakı öz aktiv geosiyasi rolunu nümayiş etdirməkdədir. Artıq sayılı günlərin qaldığı I Avropa Oyunları çox mühüm əhəmiyyət kəsb edir. Torpaqlarımızın 20 faizi işğal altındadır, ikili standartlara və riyakarlığa məruz qalaraq hələ də münaqişənin həlli üçün ədalətli mövqe görə bilməmişik. Bu cəhətdən beynəlxalq ictimaiyyətin Azərbaycanı yüksək multikulturalizm mərkəzi, tolerant bir ölkə olaraq tanımasına çox böyük ehtiyac var. Buna görə də ölkəmiz Avropa Oyunlarından maksimum dərəcədə yararlanacaq. Cənubi Qafqazda - ən müxtəlif geosiyasi maraqların toqquşduğu zonada bu qədər sabit, iqtisadi-siyasi cəhətdən inkişaf yolu keçən Azərbaycan əlbəttə ki, maraq doğurmaya bilməz. Dünyanın müxtəlif mərkəzlərində Azərbaycan əleyhinə olan qüvvələr xüsusi qarayaxma kampaniyasına davam edir, az qala kiçik bir hüquq pozuntusunu belə əldə bayraq edərək var gücləri ilə təbliğat aparırlar. Buna görə onlara qarşı birmənalı mövqeyimizi ifadə etməliyik. Bu gün Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ölkəmizin beynəlxalq imicinin dünyada formalaşması yolundakı qətiyyətli mövqeyini dəstəkləyir. Necə olur ki, dünya Ukrayna hadisələrinə birmənalı mövqe bildirir, separatçılara sanksiyalar tətbiq edir, ancaq Azərbaycana isə bunun əksi nümayiş olunur. Dağlıq Qarabağdakı separatçı rejimə ABŞ-ın birbaşa yardım etdiyini çox yaxşı bilirik. Buna görə də Azərbaycanı istəməyən qüvvələrin əlinə rəvac verməməliyik. I Avropa Oyunlarının keçirilməsi böyük şansdır. Bu şansdan milli mənafelərimizin təminatı baxımından istifadə etməliyik. Hesab edirəm ki, prosesi çox uğurla başa vuracağıq".

Tarix
2015.05.12 / 18:52
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla