Yuxarı

Zirəddin Bakı ilə bağlı proqnoz verdi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zirəddin Bakı ilə bağlı proqnoz verdi

Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında xoş surprizə hazır olun.

Rusiyada yaşayan tanınmış ekstrasens Zirəddin Rzayev ANS-ə bildirib ki, bütövlükdə oyunlar heç bir fors-major hal olmadan keçiriləcək.

- Azərbaycanda keçirilən I Avropa Oyunları necə keçəcək? Bu barədə proqnozunuz necədir?

- Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları təbii ki, ölkənin nüfuzuna yaxşı təsir edəcək. Belə yarışlar bütün dünyada keçirilir. Azərbaycanda da yarışlar çox yaxşı keçiriləcək. Bu yarışlarda Azərbaycan üçün çox böyük surprizlər gözlənilə bilər. Heç bir fors-major hal olamayacaq. Bu böyük yarışmada mən Azərbaycana uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

- Zirəddin Rzayev niyə jurnalistlərdən qaçır?

- Mən jurnalistlərdən əsla qaçmıram. Bu mənə xas olan xüsusiyyət deyil. Şou-biznesdən qaçıram. Onun üçün də bəzən elə düşünürlər ki, jurnalistlərdən qaçıram. Yerli-yersiz verilişlərdən, mövzulardan, qeyri-ciddi suallardan qaçıram. Düşünürəm ki, vaxta qənaət etmək lazımdır.

- Ancaq siz xarici mətbuata daha çox açıqsız, nəinki Azərbaycan mətbuatına. Bunun səbəbi nədir?

- Mən deməzdim ki, azərbaycanlı jurnalistlərinə müsahibə verməkdən imtina edirəm. Sən də azərbaycanlısan, amma sənə daima müsahibə verirəm. sadəcə, bəzi kütləvi informasiya vasitələri hər şeyi olduğu kimi ictimaiyyətə çatdırmır və təhrif edir. Onun üçün də azərbaycanlı jurnalistlərə müsahibə verməkdən yox, təhriflərdən imtina edirəm. Mənim ürəyim, qəlbim həmişə mətbuata və sözün əsl mənasında jurnalistlərə açıqdır.

- Bəs Azərbaycanla bağlı proqnoz verməkdən çəkinməyinizə səbəb nədir?

- Mən heç nədən çəkinmirəm. Buna səbəb də yoxdur. Sadəcə, bəziləri dediklərimi təhrif edirdilər. Bu səbəbdən də artıq hər kəs məni belə tanıyır. Mənə çox önəmlidir, hər kəsin məni belə tanıması, düşünürəm ki, belə olduqda cəmiyyətdə çaş-başlıq yaranmayacaq. Heç kəs onların uydurmalarına inanmayacaq. Həm də kiməsə proqnoz vermək, kiməsə imtina etməyin doğru seçim olmadığı qənaətindəyəm. Onun üçün də heç kəs məndən incimir. Necəyəm, məni elə də qəbul edirlər.

Tarix
2015.05.14 / 00:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla