Yuxarı

I Avropa Oyunları Macarıstan mediasında

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
I Avropa Oyunları Macarıstan mediasında

Macarıstan-Azərbaycan Gənclər Birliyinin dəstəyi ilə ölkənin aparıcı xəbər portallarından biri olan metropol.hu saytında Bakı 2015 İlk Avropa Oyunlarına həsr olunmuş bir neçə yazı yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, "Bakının siması" və "Bakı hazırdır" başlıqları ilə yayımlanan məqalələrdə Azərbaycan, onun iqtisadiyyatı, neft sənayesi, eləcə də Bakının tarixi, görməli yerləri, inkişafı haqqında geniş məlumat verilib. Yazıda bir müddət əvvəl istifadəyə verilmiş Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı, qeyri-adi müasir memarlıq üslubuna malik Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Xalça Muzeyi, "İçərişəhər" Tarix Memarlıq Qoruğu və digər tikililər barədə geniş bəhs olunub.

Məqalələrdə əsas diqqət Bakının ev sahibliyi edəcəyi İlk Avropa Oyunlarına ayrılıb. "Bakı hazırdır" sərlövhəli yazıda bildirilir ki, Azərbaycanın paytaxtı dünyanın onlarla ölkəsindən minlərlə idmançını qəbul etmək üçün artıq hazırdır və yeni tikilən möhtəşəm idman arenaları artıq azarkeşləri gözləyir. İyunun 12-də Oyunların təntənəli açılış mərasiminin olacağı, Olimpiya məşəlinin 61 rayondan keçməklə 5500 km qət edərək iyunun 12-də Bakıya çatdırılacağı da yazıda əksini tapıb.

İlk Avropa Oyunları barədə macar oxucuları ətraflı məlumatlandıran yazıda daha sonra qeyd olunub ki, Oyunlarda 6 min idmançı 239 dəst medal uğrunda mübarizə aparacaq, ümumilikdə isə idmanın 19 növü üzrə yarışlar keçiriləcək, idmanın 8 növü üzrə 2016-cı ildə Rio de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya veriləcək. Birinci Avropa Oyunlarını işıqlandırmaq və izləmək üçün 750 nəfərdən çox jurnalistin, min nəfər rəsmi şəxsin, eləcə də minlərlə azarkeşin Bakıya gələcəyi də bildirilib. Yazıda həmçinin, Macarıstandan 200 nəfəri idmançı olmaqla 300 nəfərlik nümayəndə heyətinin Bakıya yollanacağı da qeyd olunub.

Məqalənin tam mətni ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür.

http://www.metropol.hu/mellekletek/utazas/cikk/1307289-baku-arcai

http://www.metropol.hu/sport/cikk/1313290-baku-keszen-all

Tarix
2015.05.15 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla