Yuxarı

Daha 4 ölkə Bakı-2015-i canlı yayımlayacaq

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 4 ölkə Bakı-2015-i canlı yayımlayacaq

Birinci Avropa Oyunlarının nümayişi ilə bağlı daha dörd ölkənin 5 televiziya şirkəti ilə müqavilələr imzalayıb.

Bakı 2015 Əməliyyat Komitəsindən Publika.az-a verilən məlumata görə, Ukrayna, Gürcüstan, Norveç və İsrail telekanalları da Avropa Oyunlarını yayımlayacaq.

Ukrayna – NTU, ölkə boyunca Oyunların 16 milyon evdə yayımını təklif edən ödənişsiz milli yayım şirkəti;
Gürcüstan – Gürcüstan İctimai Kanalı, London 2012 Yay Olimpiya Oyunlarını işıqlandırmış ödənişsiz televiziya şirkəti;

Norveç – TV2, Rio 2016 Yay Olimpiya Oyunlarının yayım hüququnu əldə etmiş ödənişsiz televiziya şirkəti.
İsrail – Bakı 2015, bu ölkənin aparıcı, ödənişli idman telekanalları olan Sport 5 (Sport Channel) və Sport 1 (Çarlton) arasında yayım hüququnun bölüşdürülməsi haqqında müqavilə imzalayıb.

Bu yeni telekanalların elan olunmasını şərh edən, Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: "Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün televiziya şirkətlərinin marağı artmaqda davam edir. Ukraynalı, gürcü, norveçli və israilli idman azarkeşlərinin bu yay Bakıda mübarizə aparacaq dünya səviyyəli idmançıları izləmək şansı əldə etməyindən məmnunuq.

Məqsədlərimizdən biri, Avropa Oyunlarının brendini beynəlxalq səviyyədə yaratmaqdır və bu yayım sazişləri, məqsədimizi uğurla həyata keçirmək üçün əsas vasitədir.

Orta hesabla, hər gün ən azı 6 saatlıq yayımla bazarın 70%-nə nüfuz etməklə, Avropa Oyunları qitədə 176 milyondan çox evdə izlənə biləcək".

Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan və Avropa ölkələri ilə əldə olunmuş yayım tərəfdaşlıqlarının ardınca, ən son bağlanmış bu müqavilələr, Avropa Oyunlarının qlobal miqyaslı tədbir olduğunu bir daha sübut edir.

Tarix
2015.05.15 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla