Yuxarı

Elçi: “Ümidləri doğrultmaq istəyirəm”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçi: “Ümidləri doğrultmaq istəyirəm”

Elgün Əlizadə İlk Avropa oyunlarında Azərbaycanın 11 elçisindən biridir. 7 ildir ki, velosiped idmanı ilə məşğul olan Elgün I Avropa Oyunlarında ölkəmizi velosiped idmanının şose növündə təmsil edəcək namizədlərdəndir.

O, Publika.az-a açıqlamasında ölkəmizi layiqli şəkildə təmsil edib ona olan ümidləri doğrultmaq istəyir:

"Qarşımda duran əsas hədəfim İlk Avropa Oyunlarında Azərbaycanı layiqli şəkildə təmsil etməkdir. Mənə olan ümidləri doğrultmaq istəyirəm. Bu yarışda özümü ilk 20-likdə görürəm. Əlbəttə ki, məşqçilərim də yaxşı çıxış edəcəyimə inanırlar. Ümid edirəm ki, onlarını inamını qırmaram".

Qeyd edək ki, şose velosipedi idmanı üzrə yarışlar iyunun 18-dən 21-dək davam edəcək. Bu yarışlarda 146 kişi və 75 qadın velosipedçi iştirak edəcək. Həm qadınlar, həm də kişilər arasında şose velosipedi yarışları start və finiş xətti Azadlıq Meydanında olmaqla Bakının mərkəzi hissəsini əhatə edən dairəvi yolda keçiriləcək. Fərdi zamana qarşı velosiped yarışları isə Bilgəh Çimərliyində keçiriləcək.

Tarix
2015.05.16 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla