Yuxarı

Bakı-2015-lə bağlı mahnı təqdim edildi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015-lə bağlı mahnı təqdim edildi

Bu gün Beynəlxalq Muğam Mərkəzində "I Avropa Oyunları qədim Bakı torpağında" adlı mahnı və klipin təqdimat mərasimi keçirilib.

Musavat.com-un məlumatına görə, mərasimdə Gənclər və İdman naziri, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri İnam Kərimov və bir sıra təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

Tədbirin aparıcısı Kamilə Babayeva olub. O, layihə haqqında tədbir iştirakçılarına məlumat verib
Tədbirdə çıxış edən nazir A.Rəhimov və "ASAN xidmət"in sədri İnam Kərimov idman azarkeşlərini gözəl mahnı və maraqlı klip münasibətilə təbrik edərək Azərbaycan incəsənət ustalarına təşəkkür ediblər. Əməkdaşımızın verdiyi məlumata görə, təqdimatda Gənclər və İdman naziri duyğulu anlar yaşayıb.

"ASAN xidmət" könüllülərinin təşəbbüsü ilə hazırlanan klip ilk dəfə bu gün nümayiş edildi və mərasimə toplaşanların alqışları ilə qarşılandı.

Qeyd edək ki, mahnının sözləri Cəlal Qurbanov, musiqisi Muxtar Abseynova məxsusdur.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov Azərbaycan və Avropa tarixində ilk dəfə keçiriləcək bu Oyunlara incəsənət nümayəndələrinin dəstək vermələrini təqdirəlayiq hal saydığını deyib. O bildirib ki, klip Avropa Oyunları ərəfəsində bəstəkar və müğənnilər tərəfindən çox gözəl hədiyyədir: "İnanıram ki, bu mahnı və klipi tək idman azarkeşləri deyil, bütün xalqımız maraqla dinləyəcək".
İnam Kərimov Azərbaycanda cəmiyyətimizin idmana olan marağından danışıb. Onun sözlərinə görə, qitə tarixində ilk dəfə olaraq məhz Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə tanınmasında növbəti uğurlu addım olacaq.

Tədbirdə Azərbaycanın tanınmış müğənniləri, əməkdar artist Sevda Ələkbərzadə və xalq artisti Samir Cəfərov da çıxış edib.

Sonda müğənillər və könüllülərlə birgə akapella ifa olunub.

Tarix
2015.05.16 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla