Yuxarı

“Tam hazırıq, heç bir problem olmayacaq”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Tam hazırıq, heç bir problem olmayacaq”

Avropa Oyunlarının və təşkilati məkanların dayanıqlı və yüksəksürətli internet, mobil rabitə xidmətləri ilə təmin edilməsi üçün bütün lazımi tədbirlər artıq görülüb. Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatına tam hazırıq".

Axar.az xəbər verir ki, bu Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Sumqayıt şəhərində (Sumqayıt, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz) vətəndaşlar üçün keçirdiyi görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qarşıdan gələn I Avropa Oyunlarına hazırlıq prosesinin artıq yekunlaşdığını bildirib:

"Bir aydan sonra Bakı şəhərində I Avropa Oyunlarının açılış mərasimi keçiriləcək və bu oyunlar iki həftə davam edəcək. Bütün sahələrdə olduğu kimi, Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatına tam hazırıq. Oyun və təşkilati məkanların dayanıqlı və yüksəksürətli internet, mobil rabitə xidmətləri ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Nazirliyin vəzifələri sırasına oyunların təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması və müdafiəsinin təmin edilməsi də daxildir. Bütün bu işləri artıq hazır vəziyyətə gətirmişik və bir neçə dəfə sınaq prosesləri də həyata keçirilib. Eyni zamanda, Qafqazın ilk və yeganə peyk operatoru olan "Azərkosmos" Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı elan edilib və "Azerspace-1" bu oyunların dünyada yayımını təşkil edəcək 4 peykdən biridir. Hesab edirik ki, I Avropa Oyunlarının gedişatında telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatla bağlı heç bir problem olmayacaq".

Tarix
2015.05.16 / 14:21
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla