Yuxarı

Bakı-2015: Məşəl Samuxda - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015: Məşəl Samuxda - Foto

Mayın 16-da "Bakı-2015" ilk Avropa Oyunlarının məşəli Daşkəsəndən Samux rayonuna gətirildi.

Samux rayonunun giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu. Şəhərin Heydər Əliyev prospektində əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşıladılar.

Avropa Oyunlarının rəmzi qapısında sərbəst güləş üzrə Azərbaycan çempionu Anar Cəlilov məşəli qəbul etdi. Azərbaycan çempionu bu mötəbər tədbirin məşəlini qəbul etməyin ona nəsib olduğu üçün qürur hissi keçirdiyini bildirərək dedi: "Birinci Avropa Oyunlarının məşəlini Samuxda qəbul etmək mənə nəsib olduğu üçün özümü xoşbəxt hesab edirəm. Bu Oyunların Azərbaycanda keçirilməsi hər birimizin qəlbini fərəh hissi ilə doldurur".

On məşəlçi Oyunların rəmzi qapısından yürüşə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət edərək Heydər Əliyev parkının qarşısına gəldilər. Buraya toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşıladılar.

Sonra kikboksinq üzrə dördqat dünya çempionu Elnur Salamov səhnədə birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. "Bakı-2015"-in çırağı yandırılaraq, Oyunlar başa çatanadək saxlanılması üçün rayondakı Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Tarixi ana şahidlik edən rayon ağsaqqallar şurasının sədri Həmzə Həmzəyev bu əlamətdar hadisədən aldığı təəssüratı AZƏRTAC-ın müxbiri ilə bölüşərək dedi: "Bu gün həqiqətən çox sevindirici və qürurverici anlar yaşayırıq. Ölkəmizin belə nüfuzlu tədbirə ev sahibliyi etməsi böyük sevincimizə səbəb olub. Hesab edirəm ki, belə möhtəşəm tədbir ölkəmizin tarixində növbəti bir şərəfli səhifə açacaq. Azərbaycan vətəndaşı olaraq bu tarixi hadisəyə sevinir və şərəf duyuram".

Samuxlu gənc Aygün Həsənzadə isə sevincini belə ifadə etdi: "Əgər əvvəllər əsas məqsəd Azərbaycan idmançılarının beynəlxalq yarışlarda medal qazanması idisə, indi bu hədəf möhtəşəm yarışlara ev sahibliyi etməkdir. Bu, dövlətimizin başçısının apardığı siyasət nəticəsində mümkün olub. Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk".

Tarix
2015.05.16 / 21:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla