Yuxarı

Bakı-2015 sərgisi açıldı - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015 sərgisi açıldı - Foto

"Beynəlxalq Muzey Günü" aksiyası çərçivəsində Azərbaycan İstiqlal Muzeyində Avropa Oyunlarına həsr olunmuş "Bakı-2015" sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi xatırladıb ki, Beynəlxalq Muzey Günü 1977-ci ildən, yəni, Beynəlxalq Muzeylər Şurasının növbəti iclasında bu mədəniyyət bayramının təsis edilməsi barədə Rusiya təşkilatının təklifi qəbul olunduğu vaxtdan bütün dünyada qeyd edilir.

1978-ci ildən başlayaraq Beynəlxalq Muzey Günü 150-dən çox ölkədə qeyd olunur. Həmin gün bütün muzeylərdə "Açıq qapı günü" elan edilir.

2001-ci ildə "Muzey baharı" aksiyasında 39 ölkə iştirak edib. Azərbaycan bu aksiyaya 2002-ci ildə qoşulub.

Hər il bayramın muzey fəaliyyəti məsələlərinə həsr olunmuş öz müəyyən mövzusu olur. Məsələn, muzey sərvətlərinin qanunsuz yolla ölkədən çıxarılması, cəmiyyətdə mədəniyyətin yüksəlməsində muzeylərin rolu və s. 2015-ci ildə bayram "Muzeylər və cəmiyyətin sabit inkişafı" mövzusuna həsr edilib.

Bu il Azərbaycan İstiqlal Muzeyində təşkil edilmiş sərgi iyunun 12-28-də ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarına həsr olunur.

Ekspozisiyada həm peşəkar, həm də həvəskar rəssamların təqribən 50 əsəri nümayiş etdirilir. Onların hamısı Bakıda keçiriləcək Avropa Oyunlarına həsr olunub.

Qonaqları Azərbaycanın cüdo üzrə ilk Olimpiya çempionu Nazim Hüseynov, habelə Olimpiya çempionu Namiq Abdullayev salamlayıblar.

Sərginin açılışında konsert proqramı təqdim olunub.

Sərginin açılışında rəssamlar, Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri, Gənclərin Turizm və Diyarşünaslıq Mərkəzinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Təşkilatçılar sərginin bütün iştirakçılarına təşəkkürnamə təqdim ediblər.

Tarix
2015.05.16 / 23:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla