Yuxarı

Fransız deputat: “Bütün Avropa Azərbaycanı dəstəkləyir”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransız deputat: “Bütün Avropa Azərbaycanı dəstəkləyir”

"İlk dəfə keçiriləcək Avropa Oyunları yalnız siyasi, iqtisadi baxımdan deyil, idmanın inkişafı, bu sahədə beynəlxalq əlaqələrin genişlənməsi baxımından da mühüm bir tədbirdir".

Azərtac xəbər verir ki, bu fikirləri III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin deputatı xanım Rəşidə Dati deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa səviyyəsində mühüm bir ölkədir:

"Avropa Parlamentinin deputatı kimi deyə bilərəm ki, şəxsən mən özüm, eləcə də bütün Avropa Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsini dəstəkləyirik. Bu uğur münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Azərbaycan bu Oyunlarla yeni bir tarix yazır. Bu tədbirə bütün Avropadan gəlirlər. Bu, onu göstərir ki, Azərbaycan yalnız bu regionda deyil, ümumilikdə bütün Avropa səviyyəsində mühüm, strateji bir ölkədir. İlk dəfə keçiriləcək Avropa Oyunları yalnız siyasi, iqtisadi baxımdan deyil, idmanın inkişafı, bu sahədə beynəlxalq əlaqələrin genişlənməsi baxımından da mühüm bir tədbirdir".

Dati Azərbaycanın tolerant ölkə olduğunu bildirib:

"Azərbaycana bir neçə dəfə səfər etmişəm, ölkənizi yaxşı tanıyıram. Azərbaycan istər yerli, istərsə də beynəlxalq səviyyədə milli və dini azlıqları müdafiə edən tolerant ölkədir. Həqiqətən də bu, çox vacib məsələdir. Dünyada çox az ölkə belə keyfiyyətlərə malikdir. Azərbaycan bu dəyərləri həmişə qoruyub saxlayır. Çox şadam ki, bu gün Azərbaycandayam".

Tarix
2015.05.17 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla