Yuxarı

Avropa Oyunları manatı möhkəmləndirəcək

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Oyunları manatı möhkəmləndirəcək

"Avropa Oyunları Azərbaycan tarixində çox şərəfli və möhtəşəm səhifədir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Əli Məsimli bildirib.

Onun sözlərinə görə, "Bakı 2015" ilk Avropa Oyunları Azərbaycanın beynəlxalq səviyyədə daha çox tanınmasında mühüm rol oynayacaq. Ə.Məsimli deyib ki, Avropa Oyunları həm də Azərbaycana müsbət imic gətirəcək: "Müxtəlif prizmalardan baxanda Azərbaycan haqqında bir sıra fikirlərin yayıldığını görürsən. Əsas məsələ isə o prizmaların hansısa bucağından baxmaq deyil, bilavasitə Azərbaycanı canlı formada görmək daha yaxşı olar. Yəni, insanlar müstəqillik illərində Azərbaycanın əldə etdiyi nəticələri görə biləcək. Digər tərəfdən isə indiyədək Avropa Oyunlarının bu qədər qısa müddət ərzində ərsəyə gəlməsi təcrübəsinə təsadüf olunmayıb. Bu, Azərbaycan üçün ən mürəkkəb məsələləri belə qısa müddət ərzində həll edə bilmək əhəmiyyətini verir".

Ə.Məsimli qeyd edib ki, "Bakı 2015" ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycanda yeni idman hərəkatının başlanılmasına gətirib çıxaracaq: "Avropa Oyunları Azərbaycanın bütün regionlarında böyük canlanmaya səbəb olacaq, müasir idman infrastrukturunun yaradılmasına səbəb olacaq. Bu nöqteyi-nəzərdən də yeni inşa olunan obyektlər Azərbaycanda həm idmanın inkişafına xidmət edəcək, digər tərəfdən isə gələcəkdə ölkədə böyük idman tədbirlərinin təşkili üçün şərait yaradacaq. Yəni, gələcəkdə Azərbaycan az maliyyə vəsaitləri xərcləməklə də uzun müddət ərzində ən böyük idman tədbirlərini təşkil etmək imkanlarına malik olacaq. Bəzən belə bir fikirlər səsləndirilir ki, Avropa Oyunlarına xərclənən vəsait oyunların sonuna kimi çıxarılmalıdır və sairə. Bu cür yanaşmalar doğru deyil. Dünyanın heç bir yerində belə hal ola bilməz. Təbii ki, xərclənmiş vəsaitlərin bir hissəsi oyunların sonuna kimi qazanc formasında çıxarılacaq. Digər hissəsi isə tədricən çıxarılacaq.

Avropa Oyunları həm də Azərbaycanda turizmin inkişafına böyük təkan olacaq. Yəqin ki, Avropa Oyunlarını izləmək üçün Azərbaycana gələcək insanlar özləri ilə gətirəcəkləri avro və dollar vəsaitlərini manata çevirəcəklər. Bu isə müəyyən vaxt ərzində manatın kursunun möhkəmlənməsinə təsir edəcək. Bütövlükdə götürdükdə isə, Avropa Oyunlarına hazırlıq işlərinə sərf olunan vəsait itməyəcək. Bu vəsait qısa müddətdə olmasa da, ancaq orta müddətdə çıxarılacaq. Digər tərəfdən isə qoyulan vəsait Azərbaycanda sosial, maliyyə və iqtisadi effekt yaradacaq".

"Bakı 2015" ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarına da toxunan deputat bildirib ki, Avropa Oyunları sırf idman yarışları kimi Azərbaycana və dünyaya çox gərəkli olan tədbirdir: "Amma çox təəssüf ki, bu tədbirə siyasi rəng qatmaqla və bundan sui-istifadə etməklə Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyaları aparılır. Bizim Bakıda keçirilmiş "Eurovision" yarışmasından təcrübəmiz var. Həmin təcrübədən istifadə edərək Avropa Oyunlarını dünya standartlarına qaldırmaqla, Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini və insanların qonaqpərvərliyini dünyaya göstərməklə öz işimiz və əməlimizlə Avropa Oyunlarına qara yaxmaq istəyənlərə öz cavabımızı verəcəyik".

Tarix
2015.05.18 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla