Yuxarı

Fərdi maşınlar Bakı-2015 yoluna keçə bilməyəcək - Bu tarixdən

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərdi maşınlar Bakı-2015 yoluna keçə bilməyəcək - Bu tarixdən

Birinci Avropa Oyunları zamanı şəhər sakinlərinin və qonaqların rahat və təhlükəsiz nəqliyyat xidmətləri ilə təmin olunması məqsədi ilə yollarda xüsusi qaydalar tətbiq olunacaq.

Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən Axar.az-a verilən məlumata görə, artıq Avropa Oyunları ərəfəsində əsas marşrut şəbəkəsi və hərəkət zolaqları müəyyən edilib.

Oyunların əsas marşrut şəbəkəsinə yarış və əsas qeyri-yarış obyektlərini əlaqələndirən avtomobil yolları daxildir. Şəbəkə boyu Oyunlar zamanı istifadə ediləcək, müvafiq yol nişanları ilə təchiz olunmuş xüsusi hərəkət zolaqları yaradılıb.

- Xüsusi hərəkət zolaqlarında yol örtüyü üzərində oyunların rəsmi loqosu əks olunub, zolaq boyunca isə müvafiq yol nişanları quraşdırılıb.

- Oyunların xüsusi hərəkət zolaqlarından may ayının 29-dan iyul ayının 1-dək istifadə edilməsi nəzərdə tutulub.

- Bu zolaqlardan yalnız Avropa Oyunları ilə əlaqəli xüsusi buraxılışları olan, həmçinin qəza-bərpa, təcili tibbi yardım, xilasedici xidmətlərinin və Dövlət Yol Polisinin nəqliyyat vasitələri istifadə edəcək.

- Ümumi istifadədə olan və fərdi şəxslərə məxsus nəqliyyat vasitələri yolun digər zolaqları üzrə hərəkət etməlidir.

- Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən, habelə fərdi şəxslərə məxsus və digər xidməti nəqliyyat vasitələrinin Oyunların xüsusi hərəkət zolağından istifadə etməsi və bu zolaqlarda dayanma, durma və parklanması qəti qadağandır.

- Bu qaydaları pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar.

- 29 may tarixindən etibarən bu zolaqlar fasiləsiz olaraq 24 saat Dövlət Yol Polisi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən həm müşahidə kameraları, həm də yollardakı Dövlət Yol Polisinin yol-patrul əməkdaşları vasitəsilə nəzarətdə saxlanılacaq.

Tarix
2015.05.18 / 12:51
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla