Yuxarı

FHN qərargah yaratdı - Video

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN qərargah yaratdı - Video

I Avropa Oyunları ilə bağlı FHN-də qərargah yaradılıb.

ANS-in məlumatına görə, Avropa Oyunlarının başlanmasına sayılı günlər qaldığı ərəfədə təhlükəsizliyin təmin olunması istiqamətində işlər də gücləndirilir.

Oyunlar ərəfəsində təhlükəsizlik tədbirlərinin təmin olunmasına ölkənin bütün hüquq-mühafizə orqanları cəlb edilib və işçi qrupu yaradılıb. Bu işçi qrupunda təmsil olunan Fövqəladə Hallar Nazirliyi üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmək üçün irimiqyaslı texniki təhlükəsizlik planı hazırlayıb.

FHN-nin əməkdaşı Cavanşir Həşimov deyib ki, nazirliyin idman və qeyri-idman obyektlərində 33 işçi qrupu yaradılıb. Bu qərargah da nazirliyin mütəxəssislərindən ibarət işçi qrupu fəaliyyət göstərəcək.

İdman yarışlarının keçiriləcəyi ərazilər də daxil olmaqla bütün qərargahlar 24 saat müddətində fasiləsiz işləyəcək. Yerlərdə qabaqlayıcı tədbirlərin görülməsi barədə dərhal qərargaha məlumat ötürüləcək ki, bu da baş verə biləcək hadisələrin vaxtında qarşısının alınmasına xidmət edəcək.

Cavanşir Həşimov onu da bilidirdi ki, işçi qrup Atletlər kəndi, Logistika Mərkəzi və Beynəlxalq Yayım Mərkəzi kimi yerlərdə 24 saat fəaliyyət göstərəcək.

Nazirlik əməkdaşları plana uyğun şəkildə öz hazırlıqlarını həyata keçirir. Oyunlar ərəfində isə Nazirliyin bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.

Tarix
2015.05.19 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla