Yuxarı

Ölənlərlə bağlı məlumat dəyişdi - Səhiyyə Nazirliyi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölənlərlə bağlı məlumat dəyişdi - Səhiyyə Nazirliyi

Xəstəxanalarda olan yaralıların həyati təhlükəsi yoxdur.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyi yayıb. Nazirlik yaralıların qəbulu üçün əvvəlcədən xəstəxanaların hazırlıq vəziyyətinə gətirildiyini vurğulayıb:

"Bakı şəhəri, Binəqədi rayonunda Azadlıq-170 ünvanındakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar ən son məlumatlara əsasən, 50 nəfər yaralı artıq Təcili Tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Ümumilikdə xəsarət alanların sayı 50 nəfərdir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib.

Hazırda yaralıların əksəriyyəti, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində toksiki zəhərlənmə diaqnozu ilə yerləşdirilib. Digər yaralılar Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı BŞX-na və Yanıq şöbəsinə yerləşdirilib.

10 nəfərə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.

Hazırda Səhiyyə Nazirliyinin müavinləri xəstəxanalardadırlar, yaralıların hazırkı vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər.

Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 Təcili və Təxirəsalınmaz Tibbi Yardımın briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqada hazır vəziyyətdə hadisə yerində qalır.

Xəstəxanalarda olan yaralıların həyati təhlükəsi yoxdur".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin rəsmi saytında 16:30-a olan məlumat üçün ilkin ehtimal olaraq 16 nəfərin dünyasını dəyişdiyi göstərilirdi.

Tarix
2015.05.19 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla