Yuxarı

Bakı 2015: Məşəl Göyçayda - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı 2015: Məşəl Göyçayda - Foto

Mayın 21-də Göyçayda on minlərlə rayon sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəl estafetinin iştirakçılarını qarşılayıb.

Mehdi Hüseynzadə küçəsində quraşdırılan "Bakı-2015" Avropa Oyunlarının rəmzi qapısında məşəli idmançı Ramil Əliyev qəbul etdi. Sonra yürüşə start verildi. İdmançılar məşəli bir-birinə ötürərək Mehdi Hüseynzadə, Nizami küçələri və Heydər Əliyev prospekti ilə hərəkət etməklə, Heydər Əliyev Mərkəzinin qarşısına gəldilər.

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası, Əməkdar Məşqçi Namət Şirinov səhnəyə qalxaraq məşəli alovlandırdı. Sonra taekvondo üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fidan Babayeva birinci Avropa Oyunlarının çırağını yandırdı. Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucov da estafet iştirakçılarını qarşılayanlar arasında idi. O, AZƏRTAC-ın müxbirinə deyib: "İlk Avropa Oyunları ölkəmizin növbəti uğurudur. Bu gün dünyada bir çox ölkələrin iqtisadi böhrandan ziyan çəkdiyi vaxtda Azərbaycanda bu mötəbər yarışın keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki böyük nüfuzundan xəbər verir. Artıq idman ölkəsinə çevrilən Azərbaycan son illər bu sahədə böyük uğurlara imza atıb. Dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından bəhrələnən idmançılarımız ildən-ilə daha böyük nailiyyətlər qazanırlar. Bu nailiyyətlərdə xüsusi payı olan Göyçay idmançıları son bir ildə yerli və beynəlxalq yarışlarda 100-dən çox qızıl, gümüş və bürünc medal qazanıblar. Eyni zamanda, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim yeniyetmə və gənclərdə idmana böyük maraq oyadıb".

Rayonun fəal gənci Əziz Əzimov isə təəssüratlarını bölüşərək bildirib: "Bakı-2015" ilk Avropa Oyunlarının məşəlinin Göyçayda qarşılanması bizləri qürurlandırır. Oyunların məşəlinin ölkəmizin bir neçə şəhər və rayonundan keçərək Göyçaya gətirilməsi rayonumuzun tarixinə yazılacaq əlamətdar hadisədir. İnanıram ki, idmançılarımız bu mötəbər yarışlarda da uğur qazanaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandıracaqlar".

Tarix
2015.05.21 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla