Yuxarı

Bakıda "Rusiya Evi" açılacaq

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda "Rusiya Evi" açılacaq

I Avropa Oyunları çərçivəsində Bakıda "Rusiya Evi" açılacaq.

Report xəbər verir ki, Bakıda "Rusiya Evi" iyunun 11-dən 28-dək hər gün saat 9:00-dan 21:00-dək fəaliyyət göstərəcək.

"Rossotrudniçestvo" təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Bakıda "Rusiya evi"nin perspektivlərini şərh edərkən vurğulayıb ki, Avropa Oyunlarının ölkədə keçirilməsi hüququnu Azərbaycan təsadüfi qazanmayıb: "Ölkədə bir çox idman növləri sürətlə inkişaf edir, yalnız Bakıda deyil, respublikanın bütün bölgələrində də güclü idman bazası yaradlıb. Mən əminəm ki, Azərbaycanda Avropa Oyunları Olimpiya səviyyəsində keçiriləcək".

Onun sözlərinə görə, bu gün Azərbaycanda bir çox görkəmli idmançılar, Olimpiya oyunlarının və digər beynəlxalq idman tədbirlərinin iştirakçıları və qalibləri yaşayır.

Onların hamısı Bakıdakı oyunlarda öz Rusiyalı idman dostlarının gələcəklərinə ümid edirlər. Bu kimi veteranların görüşləri məhz "Rusiya Evində" keçiriləcək.

Qeyd edək ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər və Bakıda I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək.

Tarix
2015.05.22 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla