Yuxarı

Daha bir olimpiya kompleksi oyunlara hazırdır - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir olimpiya kompleksi oyunlara hazırdır - Foto

Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzinə media-tur təşkil olunub.

AzərTac xəbər verir ki, Mərkəzə inzibati bina, üzgüçülük hovuzu, gəmi formasında inşa edilmiş 250 yerlik altımərtəbəli mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin kanoe sprinti yarışları üzrə meneceri Jan Jerom Perrin idman obyektinin mötəbər yarışa tam hazır olduğunu bildirib. O deyib ki, iyunun 14-16-da Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə keçiriləcək yarışlarda 37 ölkədən 300-dən çox kişi və qadın atletin iştirakı gözlənilir.

Mötəbər yarışda Azərbaycan 7 atletlə təmsil olunacaq. Yarışlardan əvvəl əcnəbi və yerli idmançılar üçün təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulub. Birinci Avropa Oyunlarında qitənin ən güclü idmançıları iştirak edəcəklər. Olimpiya Oyunlarının Macarıstan, Çexiya, Fransa, Almaniya və digər ölkələrdən olan 20 mükafatçısı birinci Avropa Oyunlarında qızıl medallar uğrunda mübarizə aparacaq.

Hazırda könüllülər və texniki işçilər üçün treninqlərin təşkil edildiyini vurğulayan J.J.Perrin deyib ki, Oyunlar vaxtı yarışların keçirildiyi müddətdə 100 könüllü xidmət göstərəcək. İdman yarışlarından əlavə, keçiriləcək digər tədbirlərə isə daha 300 könüllü cəlb olunacaq.

O, idmançıların Mingəçevirə iyunun 10-11-də gələcəklərini bildirib. Menecer vurğulayıb ki, Kürün sahilində və əsas yarış zonasında hazırlıq işləri başa çatmaq üzrədir. Burada 1000-ə yaxın tamaşaçı üçün oturacaqlar quraşdırılıb. İdman qurğusunda atletlər üçün istirahət zonası, çadırlar qurulur, şəhərdə müxtəlif tədbirlərin keçirilməsi üçün hazırlıq işləri görülür.

Tarix
2015.05.23 / 00:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla