Yuxarı

“I Avropa Oyunlarında güclü rəqabət olacaq”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“I Avropa Oyunlarında güclü rəqabət olacaq”

İlk Avropa Oyunlarının üzgüçülük yarışlarında Azərbaycanı təmsil edəcək idmançılardan biri də Kamran Cəfərovdur. O həm özünün, həm də komanda yoldaşlarının birinci Avropa Oyunlarına çox ciddi şəkildə hazırlaşdığını dilə gətirib.

Publika.az-a danışan gənc üzgüçü bildirdi ki, uğurlu şəkildə çıxış edərək ölkəmizi sevindirmək arzusundadır:

"Oyunların Azərbaycanda keçirilməsi bizim üçün gözəl imkanlar yaradır. Birinci növbədə biz Avropanın ən güclü üzgüçüləri ilə mübarizə aparmaq imkanı qazanmışıq. Ən əsası isə ölkəmizin paytaxtında möhtəşəm Bakı Su İdmanı Mərkəzi inşa olunub. Bu, Azərbaycanda su idmanı növlərinin inkişafına böyük təkan verəcək. I Avropa Oyunlarında güclü rəqabətin olacağını bilirəm. Düşünürəm ki, İtaliya, Fransa və Macarıstandan olan üzgüçülərin Bakı-2015-də güclü rəqib olacaq.

Ümumiyyətlə isə gərək rəqib komandanı zəif saymayasan. Biz də ən zəif deyilik. Əlimizdən gələni edəcəyik ki, uğurlu çıxış edək xalqımızı sevindirək".

Tarix
2015.05.23 / 10:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla