Yuxarı

Bakı-2015: Məşəl Balakəndə

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015: Məşəl Balakəndə

Mayın 23-də "Bakı-2015" ilk Avropa Oyunlarının məşəli Balakən rayonuna gətirilib.

Report-un xəbərinə görə, Balakən şəhərinin girişində Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.

Şəhərin Heydər Əliyev prospektində əllərində Azərbaycanın dövlət bayrağı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşılayıblar. Avropa Oyunlarının rəmzi qapısında məşəli Yunan-Roma güləşi üzrə respublika çempionu Xaçpar Xalayev qəbul edib.

Sonra Azərbaycanı müxtəlif yarışlarda uğurla təmsil edən 10 idmançı Avropa Oyunlarının rəmzi qapısından məşəl yürüşünə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə 2 730 metr məsafəni Heydər Əliyev prospekti boyunca hərəkət etməklə və Səttar Gözəlov küçəsindən keçərək Heydər Əliyev parkına gəliblər.

Sərbəst güləş üzrə Dünya və Avropa üçüncüsü Hacımurad Çöpsiyev səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. Məşəldən götürülmüş alovla yandırılan "Bakı-2015"in çırağı rayon ictimaiyyətinə təqdim edilib. Yandırılan çıraq ilk Avropa Oyunları başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə verilib.

Tədbirdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Tarix
2015.05.23 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla