Yuxarı

Belarus: "Bakıda çətin olacaq"

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belarus: "Bakıda çətin olacaq"

Bakıda birinci Avropa Oyunlarında Belarus nümayəndə heyəti "Audimas" şirkətinin forması ilə təchiz ediləcək. Bu şirkət Soçi Olimpiadasında, Nankində yeniyetmələr arasında II Yay Olimpiya Oyunlarında və Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalında özünü yaxşı göstərib.

AzərTac xəbər verir ki, forma Belarus üçün ənənəvi olan rəng qammasında Belarus müəssisələrində hazırlanıb. Ayaqqabı isə "Nike" şirkətinin istehsalıdır.

Olimpiya kolleksiyası yaradılan zaman geyimin dizaynında üstünlük Belarus milli simvolikasına verilib. Kolleksiyada Belarusun dövlət bayrağının elementləri əsas götürülüb: qırmızı və yaşıl rənglərin vəhdəti, habelə ağ fonda qırmızı rəngli ornament. Geyim dəstləri Oyunların açılış, bağlanış, mükafatlandırma mərasimlərində, məşq və asudə vaxt tədbirlərində iştirak etmək üçün nəzərdə tutulub. Dəstə 17 adda geyim daxildir.

Birinci Avropa Oyunlarında Belarusun kamandan oxatma üzrə komandası ən güclü komandalardan biri sayılır. Bu komanda son illər dünya və Avropa çempionatlarında xeyli medal qazanıb. Komandanın heyətinə Anton Prilepov, Pavel Dalidoviç, Aleksandr Lyaquşev, Anna Marusova, Yelena Tolkaç, Yekaterina Timofeyeva, məşqçilər heyətinə Sergey Pupkeviç və Valentina Kovalyova daxildirlər.

Məşqçi Valentina Kovalyova deyib: "Ümidvaram ki, bu forma komandaya uğur gətirəcək. Bakıda Avropa Oyunları unikal olacaq, axı, ilk dəfədir keçirilir. Bizim kamandan oxatanlarımız son illər özlərini qitə və dünya səviyyələrində yaxşı təqdim ediblər. Qarşıdan gələn turnir xüsusi startdır və sürprizlərlə doludur. Axı, Bakıda güclü küləklər əsdiyi üçün şərait bir o qədər də əlverişli olmayacaq, bu da yarışları daha maraqlı edəcək".

Tarix
2015.05.23 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla