Yuxarı

Daha bir ölkədə Bakı-2015-in təqdimatı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir ölkədə Bakı-2015-in təqdimatı

Niderlandın Roterdam şəhərindəki Roterdam Erasmus Universitetində Bakı-2015 birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

AzərTac xəbər verir ki, müvafiq Dövlət Proqramı çərçivəsində Roterdam Erasmus Universitetində təhsil alan Yusif Əzimov və Toğrul Eyvazovun təşəbbüsü ilə təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Niderland, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, Almaniya, Avstriya, Norveç, Polşa, Rusiya, Ukrayna, Bolqarıstan, ABŞ, Kanada, Macarıstan, Serbiya, Çin, Koreya Respublikası, Yaponiya, İndoneziya, Hindistan və digər ölkələrdən olan 100-dən artıq tələbə iştirak edib.

Təqdimat zamanı iştirakçılara ilk dəfə keçiriləcək Bakı-2015 birinci Avropa Oyunları, oyunların mahiyyəti və oyunlara daxil edilən idman növləri haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil ediləcək ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Tədbirdə Avropa Oyunlarının keçiriləcəyi idman tikililəri haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış video-çarx nümayiş etdirilib. İştirakçılara Azərbaycan, onun tarixi haqqında məlumat verilib.

Tarix
2015.05.25 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla