Yuxarı

Rusiyalı ekspert: “Bakı bu siyasətdən faydalanır”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı ekspert: “Bakı bu siyasətdən faydalanır”

"2015-ci ilin iyununda Azərbaycanda keçirilən Birinci Avropa Oyunları Azərbaycanın imicinə müsbət təsir edəcək".

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Milli Strategiya İnstitutunun eksperti Rais Süleymanov söyləyib. Onun sözlərinə görə, bu oyunlar Bakının idman diplomatiyasından faydalanmasına gətirib çıxara bilər:

"Bu, əvvəla, Azərbaycan rəhbərliyinin öz ölkəsini Avropa dövləti kimi görmək istəyi ilə bağlı olan arzusudur. İkincisi isə, böyük idman tədbirlərinin keçirilməsi hər zaman onu təşkil edən ölkəyə müsbət reytinq gətirir. Əgər erməni idmançılarının Avropa Oyunlarında iştirakı hər hansı münaqişə olmadan keçirilsə, bu, Bakının idman və siyasəti bir-birindən ayırması anlamına gələcəkdir. Təbii ki, bu heç kəsin idman diplomatiyasını təxirə salması demək deyil. Məsələn, bir neçə il bundan qabaq Türkiyə-Ermənistan futbol oyunları keçirildi. O zaman politoloqlar futbol diplomatiyasından, bir növ İrəvanla Ankara arasında münasibətlərin yumşalmasından söhbət açırdılar. Hazırda bu məsələnin Bakı və İrəvan arasında təkrarlanıb-təkrarlanmayacağını sadəcə zaman göstərəcək".

Tarix
2015.05.27 / 15:02
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla