Yuxarı

Bakı-2015-lə bağlı möhtəşəm konsert - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015-lə bağlı möhtəşəm konsert - Foto

Mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Dənizkənarı Milli Parkda birinci Avropa Oyunlarına həsr olunan "Dostlarla Oyunlara" şüarı altında konsert təşkil edilib.

AzərTac xəbər verir ki, birinci Avropa Oyunlarını dəstəkləyən konsertdən əvvəl ölkəmizin bu mötəbər tədbirlərə hazırlığını əks etdirən videoçarx nümayiş olunub. Saat qülləsinin yanında bir neçə saat davam edən konsertdə şəhərimizin sakinləri və paytaxtımızın qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla izləyiblər.

Bakı-2015 birinci Avropa Oyunlarının ulduz elçisi Murad Dadaşovun aparıcısı olduğu konsert proqramında Azərbaycanın incəsənət ustaları Tünzalə Ağayeva, Lalə Məmmədova, Samir Cavadzadə, İradə İbrahimova, Aygün Bəylər, Sevda Ələkbərzadə, Ədalət Şükürov, Eldar Qasımov, Röya Ayxan, Manana Caparidze və başqalarının çıxışları gözəl yaz axşamında şəhərimizin sakinlərinə və paytaxtımızın qonaqlarına bayram əhval-ruhiyyəsi bəxş edib. Sevda Ələkbərzadənin və Samir Cəfərovun birgə ifa etdikləri "İlk Avropa Oyunları" mahnısı isə xüsusi alqışlarla qarşılanıb.

Səhnədə quraşdırılmış böyük monitorda birinci Avropa Oyunlarını təbliğ edən süjetlər təqdim olunub. Azərbaycanı görmək üçün İngiltərədən gəlmiş 11 yaşlı Corciya haqqındakı videosüjet də tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Dənizkənarı Milli Parka toplaşanlar gündən-günə gözəlləşən və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində yeni, möhtəşəm görkəm alan doğma Bakıdakı bu konsertə maraqla tamaşa ediblər.

Tarix
2015.05.31 / 00:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla