Yuxarı

İtaliya nəşri Bakı-2015-dən yazdı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliya nəşri Bakı-2015-dən yazdı

Avropanın ən möhtəşəm idman tədbirinin – Bakı-2015 ilk Avropa Oyunlarının başlanması ərəfəsində İtaliyanın bu yarışlara qatılacaq idmançılarını daha yaxından tanımaq imkanı yaranır. Bu ölkəni su polosu idman növü üzrə təmsil edəcək komandanın üzvü Edoardo Manzi yarışlara çox böyük həyəcan və məsuliyyətlə hazırlaşır.

Gənc atlet idman karyerası və yarışlarla bağlı təəssüratlarını bu sözlərlə ifadə edib: "Su polosu mənim üçün böyük həyəcan və zövqdür. AzərTac xəbər verir ki, sonsuz sevgi ilə yanaşdığım bu idman növü ilə tanışlığım 9 il əvvəl başlayıb. Bu gün artıq su polosu mənim ən böyük məşğuliyyətimə və əsas işimə çevrilib. Hazırlıq və məşqləri hər gün davam etdirirəm. Bütün imdançılar kimi mənim də hədəfim qarşıya qoyduğum məqsədlərə çatmaq və iştirak etdiyim yarışlarda yüksək nəticələr göstərməkdir".

E.Manzi yarışlarda bütün potensialını göstərmək üçün hazırlıqları davam etdirir: "Bakıya İtaliyanı qürurla təmsil etmək və ilk Avropa Oyunlarının ən yüksək pilləsinə qalxmaq məqsədilə gedirik. Bu yarışların önəmini çox yaxşı dərk edirik. Bilirik ki, güclü rəqiblər qarşısında mübariz, psixoloji və fiziki cəhətdən hazır olmalıyıq. Bu bir komanda oyunudur. İlk Avropa Oyunlarında iştirak edəcəyim üçün çox həyəcanlıyam. Bakıda İtaliyanı su polosu komandasının üzvü kimi təmsil edəcəyimi biləndə çox qürurlandım. Bu, gələcək karyerama da müsbət təsir göstərəcək. Komandamızda yaratdığımız harmoniya yüksək enerji nümayiş etdirməyə, texniki bacarıqlarımızı, yüksək hazırlığımızı göstərməyə imkan yaradacaq. Yarışlarda ölkəmi uğurla təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Əminəm ki, digər italiyalı idmançılar da mənim kimi düşünürlər və biz bu yarışlardan vətənimizə fəxrlə qayıdacağıq".

Tarix
2015.05.31 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla