Yuxarı

Nazir İlhamə Quliyevanın məşəl daşımasından danışdı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir İlhamə Quliyevanın məşəl daşımasından danışdı

Bakı-2015 Birinci Avropa Oyunlarının məşəlinin Bakı səfəri zamanı məşəli daşıyanlardan biri də xalq artisti İlhamə Quliyeva olacaq.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov bu gün Bakı-2015 Birinci Avropa Oyunlarının məşəl səfərinin iyunun 12-də keçiriləcək açılış mərasimində "Olimpiya" stadionuna gətirilməzdən əvvəl iyunun 7-10-da Bakı şəhərindən keçəcəyi marşrutun açıqlanması mərasimində deyib.

Gənclər və İdman naziri Azad Rəhimov xalq artisti İlhamə Quliyevanın məşəlçi olub-olmayacağını belə şərh edib:

"Təəccüblüdür ki, niyə İlhamə xanımın məşəlçi olması ətrafında bu cür müzakirə başlayıb. Xalq onu çox sevir, bizim gözəl müğənnimiz, primadonnamızdır. 150-dən artıq məşəlçi arasında İlhamə Quliyeva da var. O, məşəlin Bakı səyahətində iştirak edəcək. Qaça bilməsə də, 20-30 metr gəzə bilər. Çox şadam ki, məşəli daşıyanlar içərisində İlhamə xanım da var".

Dünən Bakıya gələn məşhur futbolçu Zlatan İbrahimoviçin Birinci Avropa Oyunların Əməliyyat Komitəsi tərəfindən dəvət edilmədiyini vurğulayan nazir Bakı-2015-in açılış mərasiminə məşhur ulduz Adelin dəvət olunması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

"Bildiyimə görə, bu müğənni 1 ildən çoxdur ki, ifa etmir. Çox istərdik ki, bizim tədbirimizdə olsun. Amma onun iştirakı alınmayacaq".

Tarix
2015.06.02 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla