Yuxarı

Avropa Oyunları üçün yalnız bu biletlər qaldı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Oyunları üçün yalnız bu biletlər qaldı

Birinci Avropa Oyunlarının açılış mərasimi üçün nəzərdə tutulan biletlərin 80 faizi artıq satılıb. Bu barədə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.

Publika.az xəbər verir ki, bütün sektorlar üzrə, əsasən də 200 AZN-lik biletlər tamamilə satılıb. Hazırda satışda 100 AZN və 50 AZN dəyərində biletlər var, lakin 20 AZN-lik biletlər tamamilə satılıb.

Ən çox hansı idman növü üzrə biletlərin satılması məsələsinə gəlincə isə bildirilib ki, gimnastika, güləş, üzgüçülük və boks idman növləri son dərəcə məşhurdur, lakin bəzi yarışlar üçün biletlərimiz hələ də qalıb. Mingəçevir şəhərində bir həftə əvvəl bilet satış mərkəzinin açılmasından sonra insanlar avarçəkmə yarışlarına böyük maraq göstərirlər.

Ümumilikdə biletlərin neçə faizinin satılması məsələsinə gəlincə isə bildirilib ki, bu, hər gün dəyişir, lakin rəqəmlər çox ürəkaçandır. Azərbaycanlılar şəhərdə yerləşən satış mərkəzlərində, məsələn, Park Bulvar, 28 Mall, Metro Park və bir çox köşklərdə üstünlük təşkil edirlər. Yalnız yarışları deyil, eləcə də Bakının əfsanəvi qonaqpərvərliyini səbirsizliklə gözləyən xarici qonaqlar isə daha çox onlayn bilet əldə edirlər.

Tarix
2015.06.02 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla