Yuxarı

"Bakının seçilməsi düzgün qərar idi"

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bakının seçilməsi düzgün qərar idi"

Azərbaycan gələcək Avropa Oyunlarının təşkili üçün yüksək standart yaradacaq.

Bu sözləri Bosniya və Herseqovina Milli Olimpiya Komitəsinin (BHMOK) prezidenti Mariyan Kvesiç Azərtac-a müsahibəsində söyləyib.

M.Kvesiç deyib: "Nəzərə alsaq ki, bu yarışlar ilk dəfə keçirilir, o zaman təşkilatçı ölkənin üzərinə böyük məsuliyyət düşür. Mən həmkarlarımla birgə Avropa Olimpiya Komitəsinin (AOK) sessiyalarında iştirak edərkən Azərbaycan Milli Olimpiya Komitəsinin Bakı-2015-ə hazırlıqla bağlı təqdimatlarını izləmək şansı əldə etmişəm. Belə bir nəticəyə gəlmək olar ki, AOK bu cür mötəbər bir tədbirə ilk dəfə məhz Azərbaycanı ev sahibi ölkə olaraq seçməklə düzgün qərar verib".

BHMOK-un prezidenti bildirib ki, ölkəsi ilk Avropa Oyunlarında 90 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq: "Atletlərimiz son bir neçə aydır ki, Azərbaycanda keçiriləcək bu yarışlara ciddi hazırlaşırlar. Atletika, boks, avarçəkmə, velosiped, cüdo, stolüstü tennis və üzgüçülük idman növləri üzrə Bakı-2015-də mübarizə aparacaq idmançılarımızın hədəfləri bu yarışlardan medallarla qayıtmaqdır".

Azərbaycanda yarışlara hazırlıq çərçivəsində görülən işləri diqqətlə izlədiyini bildirən M.Kvesiç diqqətə çatdırıb ki, ölkəsi azərbaycanlı idmançıların uğurlarına hər zaman sevinir. O deyib: "Ümumiyyətlə Olimpiya dəyərləri hər şeydən əvvəl dostluğu və hörməti tərənnüm edir. Ölkələrimizin idmançıları tərəfindən təbliğ olunan bu ali dəyər Azərbaycan ilə Bosniya və Herseqovina arasında səmimi əlaqələrin güclənməsinə töhfə verir. İlk Avropa Oyunlarından hörmət, mükəmməllik və Olimpiya Hərəkatının ruhunu yaşadacaq digər dəyərləri əks etdirməsini gözləyirik. Əminik ki, yarışlarda göstərəcəkləri nəticələrindən asılı olmayaraq, Bosniya və Herseqovina idmançıları Azərbaycandan gözəl və unudulmaz xatirələrlə qayıdacaqlar".Azərbaycan gələcək Avropa Oyunlarının təşkili üçün yüksək standart yaradacaq.

Bu sözləri Bosniya və Herseqovina Milli Olimpiya Komitəsinin (BHMOK) prezidenti Mariyan Kvesiç AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.

M.Kvesiç deyib: "Nəzərə alsaq ki, bu yarışlar ilk dəfə keçirilir, o zaman təşkilatçı ölkənin üzərinə böyük məsuliyyət düşür. Mən həmkarlarımla birgə Avropa Olimpiya Komitəsinin (AOK) sessiyalarında iştirak edərkən Azərbaycan Milli Olimpiya Komitəsinin "Bakı-2015"ə hazırlıqla bağlı təqdimatlarını izləmək şansı əldə etmişəm. Belə bir nəticəyə gəlmək olar ki, AOK bu cür mötəbər bir tədbirə ilk dəfə məhz Azərbaycanı ev sahibi ölkə olaraq seçməklə düzgün qərar verib".

BHMOK-un prezidenti bildirib ki, ölkəsi ilk Avropa Oyunlarında 90 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq: "Atletlərimiz son bir neçə aydır ki, Azərbaycanda keçiriləcək bu yarışlara ciddi hazırlaşırlar. Atletika, boks, avarçəkmə, velosiped, cüdo, stolüstü tennis və üzgüçülük idman növləri üzrə Bakı-2015-də mübarizə aparacaq idmançılarımızın hədəfləri bu yarışlardan medallarla qayıtmaqdır".

Azərbaycanda yarışlara hazırlıq çərçivəsində görülən işləri diqqətlə izlədiyini bildirən M.Kvesiç diqqətə çatdırıb ki, ölkəsi azərbaycanlı idmançıların uğurlarına hər zaman sevinir. O deyib: "Ümumiyyətlə Olimpiya dəyərləri hər şeydən əvvəl dostluğu və hörməti tərənnüm edir. Ölkələrimizin idmançıları tərəfindən təbliğ olunan bu ali dəyər Azərbaycan ilə Bosniya və Herseqovina arasında səmimi əlaqələrin güclənməsinə töhfə verir. İlk Avropa Oyunlarından hörmət, mükəmməllik və Olimpiya Hərəkatının ruhunu yaşadacaq digər dəyərləri əks etdirməsini gözləyirik. Əminik ki, yarışlarda göstərəcəkləri nəticələrindən asılı olmayaraq, Bosniya və Herseqovina idmançıları Azərbaycandan gözəl və unudulmaz xatirələrlə qayıdacaqlar".

Tarix
2015.06.02 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla