Yuxarı

Bütün mexanizmlər hazırlıq vəziyyətinə gətirildi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bütün mexanizmlər hazırlıq vəziyyətinə gətirildi

"Azərişıq" ASC Bakı-2015 I Avropa Oyunlarının keçiriləcəyi obyektlərin elektrik enerjisi ilə təchizatını ən yüksək səviyyədə təmin edəcək.

"Azərişıq" ASC-dən Axar.az-a verilən məlumata görə, I Avropa Oyunlarının müvəffəqiyyətlə keçirilməsi üçün "Azərışıq" ASC bu işdə ciddi koordinasiya olunmuş, xeyli önəmli və irimiqyaslı layihələr həyata keçirib.

"Azərişıq" ASC qısa müddət ərzində 6 ədəd 110 kv, 14 ədəd isə 35 kv-lıq yeni, qapalı tipli, müasir avadanlıqlarla təchiz edilmiş yarımstansiyalar inşa edərək istismara verib. Olimpiya oyunlarının keçiriləcəyi obyektlərin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə obyektlərin bəsləyici xətləri bir-birindən asılı olmayan müxtəlif mənbələrdən əlaqələndirilib.

Bütün bu kimi texniki tədbirlərlə yanaşı, "Azərişıq" ASC sədrinin sərəncamı ilə xüsusi qərargah yaradılıb və hər bir qərargah üzvünün koordinasiya yeri, hərəkət trayektoriyası müəyyənləşdirilib. Bütün əlaqədar yarımstansiyalara və Olimpiya obyektlərini qidalandıran TM-lərə operativ növbətçi heyətlə bərabər inzibati texniki və rəhbər vəzifəli şəxslərdən ibarət məsul növbətçilər də təhkim edilib. Səyyar əməliyyat və təmir briqadaları yeni maşınlarla təchiz edilib, Səhmdar Cəmiyyətin bütün maşın və mexanizmləri hazırlıq vəziyyətinə gətirilib.

Həmçinin, Olimpiya obyektlərini qidalandıran yarımstansiyalarda və paylayıcı qurğularda mütəmadi olaraq, sınaq-profilaktika işləri, operativ əməliyyat personalı və mühəndis heyətləri ilə əks-qəza məşqləri aparılır, rejim xarakterli məsələlərdən irəli gələn bir neçə mərhələli variantlar təhlil edilərək treninqlər keçirilir.

ASC həmçinin, media nümayəndələrinin yaşayış yerlərinin - Atletlər kəndinin, Media mərkəzinin o cümlədən oyunlarla əlaqədar digər obyektlərin - mehmanxanaların, qonaq evlərinin, restoran və əyləncə mərkəzlərinin, eləcə də ölkəmizə təşrif buyuran bütün qonaqların, turistlərin mənalı istirahəti üçün respublika ərazisində yerləşən tarixi- etnoqrafik muzey və abidələrin, o cümlədən ölkəmizin bütün görməli və gəzməli yerlərinin də enerji təchizatını tam nəzarətə götürüb.

Tarix
2015.06.03 / 12:09
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla